Yuxarı

2019-cu ildə ölkədə ÜDM artacaq – Vahid Əhmədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mudi” beynəlxalq reytinq agentliyinin ölkəmizlə bağlı gözləntilərində həqiqət var.

Bunu Axar.az-a “Mudi” beynəlxalq reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyi ilə bağlı hesabatını şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda son illər ərzində həyata keçirilən iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunda artımlar əldə edilib:

“Azərbaycanda ixrac faktiki olaraq artaraq idxalı üstələyib, ticarət balansında müsbət saldo yaranıb. Eyni zamanda, fikir verirsinizsə, son vaxtlar neftin qiyməti yüksəkdir, hardasa 70-75 dollar səviyyəsindədir. Bütün bunların hamısı onu göstərir ki, Azərbaycanda 2019-cu ildə ÜDM 2-3 faiz arta bilər. O cümlədən manatın stabilliyi qorunub saxlanılacaq. Hazırda Azərbaycanın 45 milyard dollara yaxın ehtiyatı var, Mərkəzi Bank tərəfindən pul kütləsinə çox ciddi nəzarət mexanizmi həyata keçirilir”.

Qeyd edək ki, “Mudi” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyinə dair hesabat yayıb.

“Əlverişli xarici mühit, ötən il neft qiymətinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxarıb. Biz gözləyirik ki, Azərbaycanda ÜDM-in artımı bu il 1,5 faiz, gələn il 3 faiz artacaq. Bu, neft qiymətinin bahalaşmasının davam etməsi və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur", - hesabatda bildirilib.

Tarix
2018.08.10 / 17:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla