Yuxarı

DOST əhalinin problemlərini həll edəcək - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində qarşılaşdığı bir sıra problemlərin həll edəcək.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, iqtisadçı ekspert Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bu agentliyin yaradılması əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımdır:

“Ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının müdafiə olunması, sosial rifahının yüksəldilməsidir. Xüsusilə sosial güzəştlər tələb olunan sahələrdə vətəndaşlarımıza - vətən müharibəsi əlilləri, Qarabağ müharibəsi veteranlarına yüksək diqqət göstərilir. Sosial təminata ehtiyac olan əhalinin mənzil təminatının yaxşılaşdırılması, həyat şəraitinin yüksəldilməsi ilə əlaqədar mütəmadi tədbirlər görülür”.

Millət vəkili bildirib ki, son dövrlərdə bu sahədə əldə olunan uğurlarla yanaşı, müəyyən bürokratik əngəllərin olması hallarına da rast gəlinir:

“Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi əlillik dərəcələrinin alınması, məşğulluq və sosial təminat sahələrindəki mövcud problemlərin həlli istiqamətində və digər məsələlərdə mühüm addımlar atacaq. Bu məsələrlə bağlı DOST-a böyük ümidlər var. Bu sahələr diqqət mərkəzində olacaq və yeni yaranan qurum adıçəkilən sahələrdəki problemin həllini öz üzərinə götürəcək”.

Tarix
2018.08.10 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla