Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2018


Biz böyük sərmayələr yatıraraq bunları yaratmışıq - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətin genişlənməsinə ölkələrimizin sadiq olduğunu bir daha təsdiq etdik və ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün mühüm yolları müəyyənləşdirdik. Siz hamınız sənədlərin imzalanması mərasimində iştirak etmisiniz. Təkcə bu sənədlərin siyahısı münasibətlərimizin səviyyəsini xarakterizə edir. Bu gün imzalanan sənədlər xeyli fəaliyyət sahəsini əhatə edir. Əminəm ki, bunların hamısı vaxtında icra ediləcək və bu da bizim münasibətlərimiz üçün daha möhkəm təməl yaradacaq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tacikistan Prezidenti İmaməli Rəhmanın şərəfinə verilən ziyafətdə bildirib.

"Biz bu gün Tacikistanın hörmətli Prezidenti ilə Birgə Bəyanat imzaladıq. Bu, bizim iradəmizi, qarşılıqlı fəaliyyətə yönələn səylərimizi, beynəlxalq vəziyyətlə bağlı məsələlərdə ümumi yanaşmanı, həmçinin Tacikistanın siyasəti çərçivəsində BMT-də su ehtiyatları ilə bağlı irəli sürdüyü çox mühüm təşəbbüslərə Azərbaycanın dəstəyini əks etdirən olduqca vacib siyasi sənəddir. Biz bu bəyanatda mahiyyət etibarilə münasibətlərimizin inkişafının əsas yollarını müəyyən etdik. Mən çox şadam ki, belə bir bəyanat bizim gələcək fəaliyyətimizin təməli olacaq.

Bu gün sənaye kooperasiyası ilə bağlı məsələlərə çox vaxt sərf etdik. Qəbul edilən qərarlar əminəm ki, qısa müddətdə çox yaxşı nəticələr verəcək. Nəticə yeni istehsalatların, istehsalat güclərinin, sənaye kooperasiyasının, yüzlərlə yeni iş yerinin yaradılmasına hədəflənəcək. Bu qərarlar bizim sənaye müəssisələrimiz arasında tamamilə yeni kooperasiya sistemi yaradacaq, ölkələrimizin nəqliyyat infrastrukturunu daha da çox yükləyəcək. Başqa sözlə, əminəm ki, səfərin nəticələri çox səmərəli olacaq və yaxın zamanda biz bunu konkret rəqəmlərdə hiss edəcəyik.

Bu gün Biz Tacikistanın hörmətli prezidenti ilə əlbəttə ki, bizi qane etməyən əmtəə dövriyyəsinin səviyyəsi barədə fikir mübadiləsi apardıq. Amma həyata keçirilən tədbirlər və imzalanan sənədlər bizə qısa müddət ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsini bir neçə dəfə artırmağa imkan verəcək.

Bu gün biz nəqliyyat infrastrukturumuzun inteqrasiyası, sənaye istehsalında kooperasiya, xarici bazara çıxış ilə bağlı mühüm qərarlara gəlirik. Sizin bildiyiniz kimi, Azərbaycan son zamanlar nəqliyyat infrastrukturunun olduqca şaxələnmiş sistemini yaradıb. Biz böyük sərmayələr yatıraraq yeni nəqliyyat yolları yaratmışıq. Asiya ilə Avropa arasında ən qısa yol bu gün Azərbaycandan keçir. Avtomobil yollarının, yeni aeroportların, Xəzərdə iri ticarət limanının inşasına da sərmayələr qoyulub. Biz bütün bunları dostlarımıza, Mərkəzi Asiyadakı tərəfdaşlarımıza təqdim edirik. Əlbəttə ki, biz bu gün Tacikistan Prezidenti ilə bu məsələləri ətraflı müzakirə etmişik.

Səfər ölkələrimizin əməkdaşlığı dərinləşdirməyə meyilli olduğunu göstərir, ticari-iqtisadi sahədə perspektivlər açır. Biz, həmçinin sərmayələrlə bağlı məsələyə toxunduq və yaxın vaxtlarda Tacikistana sərmayə məsələlərinin öyrənilməsi üzrə konkret missiya göndəriləcək. Həmçinin kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Belə demək olarsa, diqqətimizdən kənarda qalan çox az sahələr oldu. Bütün bunlar dövlətlərimizin qarşılıqlı fəaliyyəti möhkəmləndirməkdə çox güclü siyasi iradəsinin olduğunu göstərir", - İ. Əliyev qeyd edib.

Tarix
2018.08.11 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ-ın neft strategiyasında iki mühüm hədəf

İranda etnik qarşıdurma körüklənir – ABŞ planı

AMEA-da Dadaşovaya və Hacıyevə vəzifə verildi

Yaxın Şərqdə “türk marşı”: üçüncü əməliyyat başlayır - Foto

Prezidentin general-mayor rütbəsi verdiyi Salayev kimdir?

Azərbaycanla sərhədimiz ən təhlükəsiz bölgələrdir - General

Putini İrana qarşı getməyə nə vadar edir? – Şərh

Təşkilatda islahatların aparılması önəmlidir – QDİƏT sədri

Xələf Xələfov yeni vəzifədə: nə iş görəcək?

Çavuşoğlu Lavrovla Bakıda nə danışdığını açıqladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla