Yuxarı

Yaxın Şərqdə sabitlik pozulur, qan axıdılır... - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tacikistan Prezidenti İmaməli Rəhmanın şərəfinə verilən ziyafətdə bildirib.

"Bu gün Tacikistan sabit ictimai-siyasi şəraitə malik ölkədir. Bu, inkişaf üçün olduqca mühüm amildir. Xüsusən, biz görəndə ki, Mərkəzi Asiya regionunda, bizim regionda və Yaxın Şərqdə sabitlik pozulur, qan axıdılır, yeni münaqişələr başlanır, köhnə münaqişələr öz həllini tapmır, əlbəttə ki, Tacikistanda sülhün hökm sürməsi, vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik – bütün bunlar Sizin ölkənizin dayanıqlı inkişafının rəhnidir. Əlbəttə ki, burada əsas rol Tacikistan Prezidenti Emoməli Şərifoviç Rəhmona məxsusdur. O, hələ Tacikistanın müstəqil dövlət kimi erkən dirçəliş mərhələlərində vətəndaş müharibəsinin qarşısının alınmasında, sülh şəraitinin, rifah və inkişafın yaranmasında böyük rol oynayıb. Əlbəttə, biz nəticələri Tacikistanın sosial-iqtisadi inkişafında görürük. Biz Sizin uğurlara sevinirik və əlbəttə, əminik ki, Prezidentin sosial-iqtisadi inkişafa, Tacikistanın dünyəvi və regional məsələlərdə rolunun və əhəmiyyətinin artmasına yönələn kursu uğurla davam etdiriləcək. Biz isə sizin dostlarınız kimi, uğurlarınızı müşahidə edəcək və sevinəcəyik, öz tərəfimizdən həm Azərbaycanın, həm də Tacikistanın gələcəkdə də uğurlu inkişafı və rifahı üçün səylərimizi əsirgəməyəcəyik", - Prezident İlham Əliyev vurğulayıb.

Tarix
2018.08.11 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla