Yuxarı

Bakı bu istiqamətdə mühüm addımlar atdı – Xəzərin statusu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərin statusu ilə bağlı keçiriləcək növbəti görüş problemlərin həllinə şans yaradır.

Bu sözləri Axar.az-a Xəzəryanı dövlətlərin prezidentlərinin beşinci zirvə toplantısı ilə bağlı danışan politoloq Arzu Nağıyev deyib. Politoloq bildirib ki, görüşdə Xəzəryanı ölkə başçılarının dənizin hüquqi statusunu tənzimləyən Konvensiyanı imzalayacaqlarına ümidlər böyükdür:

“Xəzərin statusu ilə bağlı tam həll olunmayan məsələlər var. Burada beş dövlətdən başqa maraqlı olan bir sıra regional və beynəlxalq miqyasda düşünən dövlətlər də mövcuddur. Beş dövlətin gəmilərindən, suda hərəkət edən qurğularından başqa digər bir ölkənin qurğu və ya vasitələrinin dənizə girməsinə icazə verilə bilməz. Əgər gələcəkdə hər hansı bir layihə reallaşdırılarsa, bu kimi məsələlər beş dövlətlə razılaşdırılmalıdır”.

Politoloq qeyd edib ki, indiki məqamda hərbi gəmilərlə bağlı olan müəyyən problemlərin həll olunması da vacibdir:

“Bildiyiniz kimi, TANAP layihəsi üzrə Türkmənistan qazının dənizin dibindən çəkiləcək boru vasitəsilə buraya qoşulması məsələsi var. Yəni iqtisadi, siyasi və hərbi məsələlər tam həll edildikdən sonra Xəzərin statusuna dair son qərar qəbul edilə, nəticədə Xəzəryanı ölkələrin karbohidrogen layihələri üçün bütün maneələr aradan qalxa bilər. Detallar bütün dövlətlər arasında razılaşdırılıb. Azərbaycan diplomatiyası bu istiqamətdə çox mühüm addımlar atıb. O üzdən belə bir qərarın qəbul edilməsi gözləniləndir”.

Qeyd edək ki, Xəzəryanı ölkə başçılarının görüşü avqustun 12-də Qazaxıstanın Aktau şəhərində baş tutacaq.

Tarix
2018.08.11 / 09:08
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla