Yuxarı

Rəhmanın Bakı səfəri: Strateji tərəfdaşlığa doğru...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan bölgədə Azərbaycanla iqtisadi-siyasi inteqrasiyanı inkişaf etdirmək üçün böyük potensiala malikdir.

Bunu Axar.az-a Tacikistan Prezidenti İmaməli Rəhmanın Bakıya səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Azərbaycan-Tacikistan münasibətlərinin qədim tarixə malik olduğunu bildirib:

“Tacikistan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və vaxtilə burada Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən ölkələrdəndir. Tacikistan Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvlərindən və təsisçilərindən biri, eyni zamanda, dünyada kifayət qədər siyasi çəkisi olan ölkədir. Hesab edirəm ki, Azərbaycan Tacikistanla siyasi əlaqələri daha yüksək səviyyəyə qaldırmaq fikrindədir”.

Politoloqun sözlərinə görə, Tacikistan prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına imkan verəcək:

“Xüsusilə Tacikistanın Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsi məsələsi kifayət qədər ruhlandırıcıdır. Güman edirəm ki, səfərin sonunda yekun sənədlərdə bu məsələ bir daha öz əksini tapacaq. Səfər iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına xeyli töhfə verəcək. Keçirilən görüşlərdə münasibətlərin yeni istiqamətdə inkişaf etdirilməsinin yolları tapılacaq. Bu fonda Azərbaycan-Tacikistan münasibətləri daha rəvan inkişaf edəcək”.

Qeyd edək ki, Tacikistan Prezidenti İmaməli Rəhman avqustun 9-da Azərbaycana rəsmi səfərə gəlib.

Tarix
2018.08.11 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla