Yuxarı

Prezidentlər Aktauya toplanır: Bakının mövqeyi qorunur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər ətrafında uzun müddətdir cərəyan edən mübahisələr və dənizin statusu ilə bağlı bəzi problemlərin hələ də həll olunmaması fonunda bu sammiti müsbət hadisə kimi qiymətləndirirəm.

Bu sözləri Axar.az-a Xəzəryanı dövlətlərin prezidentlərinin beşinci zirvə toplantısı ilə bağlı danışan fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, növbəti sammit Xəzəryanı dövlətlərə həm dənizin statusunu müəyyən etməyə, həm də gələcəkdə birgə iqtisadi layihələri həyata keçirməyə imkan verəcək:

“Gözlənilən sammiti bundan əvvəlki çətin dövrün yekunu kimi qiymətləndirirəm. Çünki gələcəkdə dənizdən daha da səmərəli məqsədlərin istifadəsi istiqamətində yeni addımların atılması gözlənilir. Birincisi, Azərbaycan ekoloji şərtləri nəzərə alaraq dənizin dibindən çəkiləcək neft, qaz kəmərləri ilə Xəzəryanı dövlətlərlə mühüm iqtisadi əməkdaşlıqda maraqlıdır. İkincisi, Xəzərdə olan balıq resurslarının birgə layihələr çərçivəsində çoxalması qarşıda görüləcək ən vacib tədbirlərdən biri olacaq. Çünki Xəzərdə nərə balıqlarının sayı ildən-ilə azalır. Bu da ekoloji baxımdan mühüm bir məsələdir. Dənizin çirklənməsi böyük problemdir və Xəzəryanı dövlətlərdən birgə fəaliyyət tələb edir”.

Ekspertin sözlərinə görə, Xəzər gölünün beş dövlət tərəfindən ayrıca bir status şəklində dəniz hövzəsi kimi qəbul olunması heç də dənizinin adının dəyişdirilməsinə dəlalət etmir:

“Ümidvarıq ki, imzalanacaq saziş Azərbaycanın dəniz sektorunda mövqelərini hüquqi, iqtisadi, siyasi baxımdan möhkəmləndirəcək və gələcəkdə Xəzəryanı ölkələrlə neft-qaz kəmərləri vasitəsilə daha da geniş iqtisadi əlaqələrə şərait yaradacaq. Azərbaycanın Xəzərlə bağlı siyasi mövqeyi öz qüvvəsini bu gün də qoruyur və bu sazişdə də öz əksini tapıb”.

Qeyd edək ki, Xəzəryanı ölkə başçılarının görüşü avqustun 12-də Qazaxıstanın Aktau şəhərində baş tutacaq.

Tarix
2018.08.11 / 14:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla