Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Avqust 2018


Rauf Arifoğlu: Əvvəl Türkiyəni terrorla vururdular, indi isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Türkiyəyə qarşı hazırkı siyasətini pisləyirik.

Bu sözləri Axar.az-a Türkiyədə baş verən son iqtisadi proseslərlə bağlı danışan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

R.Arifoğlu Türkiyədə baş verən son iqtisadi proseslərin Azərbaycanı da narahat etdiyini bildirib:

“Kənar güclər, böyük qüvvələr sanki Türkiyəni cəzalandırmaq kursu götürüblər və hər zamankı kimi qardaş ölkəni zəiflətmək, özlərindən asılı vəziyyətə salmaq üçün əllərindən gələn hər şeyi edirlər. Bundan əvvəl Türkiyəni terrorla, PKK ilə vururdular, indi isə dollarla vururlar. Hesab edirik ki, bu, Amerika Birləşmiş Ştatlarının indiki hakimiyyətinin siyasətidir və sanki Türkiyəni sözə baxmayan tərəfdaş kimi cəzalı duruma salmaq təşəbbüsüdür”.

R.Arifoğlu Türkiyənin bu çətin vəziyyətdən çıxacağına inamını ifadə edib:

“Əlbəttə ki, ABŞ-ın Türkiyəyə qarşı hazırkı siyasətin pisləyirik və Türkiyə üçün dua edirik. Eyni zamanda da inanırıq ki, indiki hökumət, Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinə qarşı bu təzyiqlərdən qurtulmağın yollarını tapacaq və Türkiyə iqtisadiyyatının çökməsinə imkan verməyəcək”.

Tarix
2018.08.11 / 14:37
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Xəzəryanı ölkələrin zirvə görüşü alman mediasında

Lavrov Xəzər sammitini "tam rekord" adlandırdı

Bakıdan Türkiyəyə dəstək: dollarlar belə yandırıldı - Video

Dünya nizamı: liberalizmin iflası, yoxsa idarəolunan xaos?

Konvensiya tezliklə ratifikasiya olunacaq - Xələf Xələfov

İlham Əliyev İtaliya prezidentinə məktub göndərdi

İlham Əliyev sərəncam imzaladı

BMT baş katibindən Xəzər Konvensiyasına – Reaksiya

Xəzər Konvensiyası: Bakı üçün hansı imkanlar açıldı?

Xəzərlə bağlı Konvensiya böyük qazanc vəd edir - Ekspert

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla