Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


Vaşinqtonla Ankara razılaşacaq, türk lirəsi... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın son tiviti ilə ABŞ-Türkiyə arasında qarşıdurma pik həddinə çatdı. ABŞ prezidenti Türkiyədən alınan alüminium və poladın gömrük rüsumlarını artırdığını elan etdi, bundan sonra türk lirəsi dollar qarşısında sürətlə dəyər itirməyə başladı. Bu qarşıdurmanın kökləri və Türkiyənin ABŞ hücumları qarşısında duruş gətirə biləcəyi ilə bağlı müəyyən suallar var.

Politoloq Arzu Nağıyev Publika.az-a açıqlamasında Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Bransonun FETÖ lideri Gülənlə dəyişdirilməsi planının olduğunu, lakin bunun istənilən nəticə vermədiyini bildirib.

Onun sözlərinə görə, Branson böhranı məsələnin görünən tərəfidir: “Lakin son dövrlər Türkiyənin Rusiya ilə daha da yaxınlaşması, Rusiyadan S-400 raketlərini almaq istəyi ABŞ-ı qıcıqlandırır. Suriyada, İraqda və digər ərazilərdə Türkiyəyə NATO üzvü kimi münasibət göstərildi, lakin iqtisadi məsələdə bunun əksi baş verdi. Türkiyədən alınan alüminium və poladın gömrük rüsumunun artırılması türk lirəsinin dəyərinin azalmasına səbəb oldu”.

A.Nağıyev qeyd edib ki, türk lirəsinin dollar qarşısında kritik nöqtəsi 5,5 idi.

“Yəni, 1 dollar 5,5 lirə olması qırmızı xətt idi. Artıq bu xətt keçilib. Problemlər əsasən kreditlərlə həyata keçirilən böyük infrastruktur layihələrində yaranır. Türkiyə iqtisadiyyatına zərər dəyir, lakin fikrimcə, hər bir dövlətin öz iqtisadi problemlərini aradan qaldırmaq üçün planları var. Türkiyənin bu problemi aradan qaldıracağını düşünürəm. Hesab edirəm ki, Vaşinqton və Ankara sonda ortaq məxrəcə gələ biləcəklər və Türkiyənin milli valyutasının dəyərdən düşməsinin qarşısı alınacaq”, - deyə o bildirib.

Tarix
2018.08.11 / 17:41
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Kəlbəcərdə “Sidney” qəsəbəsi: Bakı BMT-yə müraciət edərsə...

Millsin İrəvanı silkələyən Qarabağ bəyanatı: ABŞ-ın təsiri...

İrəvandan Millsin Qarabağ açıqlamasına - Reaksiya

5 rayon vədi: Paşinyan niyə qorxur və İrəvan hara gedir?

Bu dalğa Ermənistanı gələn ay vuracaq - Şərh

Soçi sazişindəki “vaxt” bitdi: Rusiya hansı addımı atacaq?

Babkonun İrəvana “diqqətli olun” hədəsi: təzyiq artır

Bunun nəticəsində iri layihələr reallaşıb - Abutalıbov

Dövlət Müstəqilliyimizin Bərpası Günüdür

Dünya mediası 15 illik möhtəşəm zəfərdən yazır...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla