Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
10 Dekabr 2018


Sayğaclara müdaxilə niyə mümkün deyil?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sayğaclara müdaxilə etmək birmənalı olaraq mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə iyul ayı abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Azərişıq” ASC-nin quraşdırdığı sayğaclara ancaq fiziki müdaxilə etmək olur: “Sayğacın üzərində tarif quruluşunu dəyişmək olar. Çünki bu, multitarif rejimindədir. Elektron sayğaclarda abonentlər tarif quruluşunu, kilovatt, saat hesabını özü hesablaya bilir. Abonentlərə tövsiyə edirik ki, bir saat ərzində istehlak etdikləri elektrik enerjisini sayğacla uyğunlaşdırsınlar.

Bunun üçün göstəriciyə baxıb, hansısa bir vərəqdə bu rəqəmi qeyd etsinlər. Bir saatdan sonra göstəricinin dəyişmə dinamikasını yenidən qeyd edirik. Arada yaranan fərq sizin bir saat ərzində istifadə etdiyiniz elektrik enerjisidir.

Bu prinsiplə yoxlanmış, yaxud öz büdcəsini planlaşdıran abonentlərdə problem yaranmır. Çünki həmin insanlar saatlıq sərfiyyatını bilir. Öncədən ödəməli sistemə malik olan sayğaclarda isə belə hal müşahidə olunmur. Çünki abonentlər sayğaclarına öncədən vəsait yükləyirlər”.

Araz Məmmədzadə əlavə etdi ki, sayğaclar xüsusi şifrələnmiş qaydada oxunur:

“Sayğacların yaddaşında “hadisələr jurnalı” deyilən hissə var. Bir saatlıq, həftəlik, aylıq, yarım illik və illik göstəricilər, sərfiyyat, istehlak orada öz əksini tapır. Hətta enerji kəsilmələri belə orada qeyd olunur. Həmin yaddaşı oxumaqla bütün məlumatları əldə edə bilirik. Son günlər sayğaclardan şikayətlənən abonentlərin müraciətinə əsasən yerlərdə çox olduq. Sayğaclar yoxlanıldı, amma qüsur aşkarlanmadı.

Ümumiyyətlə, smart, elektron rəqəmsal sayğacların hamısının bir standartı var. Funksiyalar fərqli olsa da, onlarin yeganə işi elektrik enerjisinin miqdarını hesablamaqdır. Təqdim olunan sayğacların hər biri beynəlxalq standartlara cavab verir. Hər birinin ölkə standartlarına uyğunluq sertifikatı var.
İstismardan öncə həmin sayğaclar “Azərişıq” ASC-nin laboratoriyasında bütün parametrlərinə görə yoxlanılır. Bu yoxlamalarda Standarlaşma İnstitutunun nümayəndələri iştirak edir və öz yoxlamalarını təsdiqləyən möhürlə sayğacları təsdiqləyirlər”.

Tarix
2018.08.11 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Nikolun Kremlə açıq mesajına cavab veriləcək – Şərh

Xoşbəxtəm ki, Heydər Əliyevlə yolum kəsişdi - İqnatenko

Qalib gələn Paşinyanı gözləyən 3 çətin vəzifə - Video

Paşinyan Kremlə qarşı çıxmaq üçün kütlədən “arayış” aldı

Qarabağ klanı siyasi səhnədən silindi: küçə mübarizəsi başlayır

Aşotyan Paşinyanı darmadağın etdi: Uğursuz şıltaqlıq...

İrəvanda ABŞ-Rusiya savaşı: onlar barajı aşarsa... – İsti şərh

“Qarabağ klanı” Nikola savaş elan etdi - 11 dekabrdan...

Ermənistanda seçici passivliyinin səbəbi - Millət vəkili

“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla