Yuxarı

Türkiyədən ABŞ-a ciddi mesaj: Rusiya və...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləməsi türk biznesinə mənfi təsir göstərəcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, son zamanlar Qərblə gərginləşən münasibətlər Türkiyə iqtisadiyyatındakı mənfi təsirləri kəskinləşdirir:

“Ümumiyyətlə, türk biznesi çox çevikdir. ABŞ bazarı da Türkiyə üçün daha sərfəli və gəlirli olduğu üçün bu istiqamətin əldən çıxması türk biznesi üçün yaxşı hal deyil. Qərblə münasibətlər yaxşılaşmasa və ABŞ-la uzlaşma əldə olunmasa, türk iqtisadiyyatında mənfi tendensiyalar davam edəcək. Təbii ki, bu fonda da Türkiyə yeni müttəfiq axtarışına çıxa bilər. Türkiyə üçün ən yaxşı müttəfiqlər isə indiki dönəmdə Rusiya və Çindir. Çünki ABŞ hər iki ölkə ilə, əsasən də Rusiya ilə ciddi problemlər yaşayır. Əslində, Türkiyənin yeni müttəfiq axtarışına çıxması ABŞ-a ciddi bir mesaj olacaq. Yəni uzlaşma olmasa, Türkiyə Rusiya ilə daha da yaxınlaşacaq”.

Ekspert iki ölkə arasındakı gərginliyin kəskin ritorikadan kənara çıxmayacağını düşünür:

“ABŞ-la ticari müqavilələr və əməkdaşlıq o qədər də geniş deyil, amma Türkiyə iqtisadiyyatının 50 faizi Avropa ölkələrinə bağlıdır. Ona görə də düşünmürəm ki, iki ölkə arasındakı gərginlik bu şəkildə davam etsin. Türkiyə NATO ölkəsi olduğundan Qərblə daha yaxın iqtisadi, hərbi, siyasi müttəfiqliyə malikdir. Bunu birdən-birə kəsib atmaq mümkün deyil. Zənnimcə, Türkiyə və ABŞ-ın qarşılıqlı tələblərlə bağlı güzəştli addımlar atacaqlar. Bu, ictimaiyyətə çox açıqlanmasa da, hər halda danışıqlar gedir”.

Tarix
2018.08.12 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla