Yuxarı

“Avronyus” Xəzərlə bağlı tarixi razılaşmanı yayımladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə toplantısı xarici mediada işıqlandırılmaqda davam edir. Bu dəfə “Avronyus” telekanalı toplantı haqqında geniş süjet yayımlayıb.

Axar.az xəbər verir ki, Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısı “Avronyus” kanalında yayımlanıb.

Süjetdə qeyd olunur ki, Qazaxıstanda Xəzəryanı dövlətlərin Zirvə toplantısı tarixi sənədin – Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması ilə başa çatıb. Sənədi beş dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri imzalayıb.

Konvensiya üzərində işlər 20 ildən çox vaxt aparıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sənədi Xəzər dənizinin konstitusiyası adlandırıb. Sənədə əsasən Xəzər dənizinin su səthinin əsas sahəsi tərəflərin ümumi istifadəsində qalacaq, Xəzərin dibi isə ikitərəfli razılaşmalar əsasında, beynəlxalq hüquqa riayət olunmaqla qonşu dövlətlər arasında bölüşdürüləcək.

Konvensiyada gəmiçilik, balıqçılıq, elmi araşdırmalar və magistral kəmərlərin çəkilməsinə dair məsələlər öz əksini tapıb. Genişmiqyaslı dəniz layihələrinin reallaşdırılması zamanı ekoloji amil mütləq nəzərə alınacaq.

Tarix
2018.08.13 / 20:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla