Yuxarı

Lavrov Xəzər sammitini "tam rekord" adlandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın və bir sıra hökumətlərarası sazişlərin imzalanması ilə nəticələnən sammitin effektivliyi Xəzərlə bağlı bütün danışıqlarda rekorddur.

Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

S.Lavrov deyib: "Beş ölkənin prezidentləri mətbuata verdikləri bəyanatlarda görüşün nəticələrinə ən yüksək qiymətlərini verdilər. "Tarixi" və "epoxal" hadisə ifadələri səsləndi. Bu, şişirdilmiş deyil. 22 il iş getdi, bu, sadə məsələ deyil. Başlanğıcda ziddiyətli mövqelər var idi, dəniz, yoxsa göl... "

Nazirin sözlərinə görə, Aktau zirvəsində qəbul edilən Konvensiya Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirdi və hələ həll edilməmiş məsələlərdə yekun razılıq üçün təməl qoydu.

S.Lavrov qeyd edib ki, bundan başqa Konvensiya sayəsində "Xəzər dənizində əməkdaşlıqla bağlı istənilən məsələni nəzərdən keçirmək üçün tamamilə universal əsas" yarandı.

Rusiya XİN baçşısı sammitin həmçinin ticarət-iqtisadi əməkdaşlıq və nəqliyyat üzrə hökumətlərarası sazişlərin, Xəzərdə insidentlərin qarşısının alınması üzrə hökumətlərarası sazişin, terrorçuluqla mübarizə, terrorçuluğa qarşı mübarizə, mütəşəkkil cinayətkarlıq və sərhəd xidmətləri arasında əməkdaşlıq üzrə üç hökumətlərarası protokolun imzalanması baxımından da əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Tarix
2018.08.14 / 23:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla