Yuxarı

Xəzəryanı ölkələrin zirvə görüşü alman mediasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Spiegel”, “Die Zeit”, “Deutsche Welle”, “ZDF”, “DLF” və s. nüfuzlu KİV-lərində Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə toplantısı ilə bağlı məqalələr dərc edilib.

Axar.az xəbər verir ki, məqalələrdə dünyada ən böyük daxili su hövzəsi hesab edilən Xəzər dənizinin sahilində yerləşən beş dövlətin uzun sürən danışıqlardan sonra Xəzərin hüquqi statusu barədə razılığa gələrək Konvensiya imzaladığı bildirilib. Qəbul edilmiş Konvensiyaya əsasən 15 millik zona Xəzəryanı dövlətlərin ərazi suları hesab edilib. Əlavə olaraq 10 millik zonada sərbəst balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ rəsmiləşdirilir və digər dövlətlərin hərbi gəmilərinin Xəzər dənizinə buraxılmamasına dair razılıq əldə olunub. Yazılarda Xəzəryanı dövlətlərin ayrı-ayrılıqda Xəzərin bölgüsü məsələsində sərgilədiyi mövqe və maraqlar nəzərdən keçirilib.

Həmçinin Türkmənistanın öz qazını Azərbaycan ərazisindən keçməklə Avropa bazarına çıxarmaqda maraqlı olduğu vurğulanıb.

Məqalələrdə Rusiya Prezidenti Vladimir Putinin çıxışında Xəzəryanı dövlətləri nəqliyyat, turizm və narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə sahələrində qarşılıqlı əməkdaşlığa çağırışı da qeyd olunub.

Tarix
2018.08.15 / 00:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla