Yuxarı

Xəzər Konvensiyasının ən böyük uğuru: etimad və anlayış!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktauda qəbul olunan sənəd böyük siyasi əhəmiyyət kəsb edir.

Bu sözləri Axar.az-a açıqlamasında fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasındakı birgə yeni formatı yüksək qiymətləndirib:

“Bu, son sammit olmayacaq. Aktauda qəbul olunan sənəd Xəzərin konstitusiyasıdır. Əlbəttə ki, bu konstitusiyanın qəbul edilməsi gələcək üçün böyük əsaslar yaradır. Xəzər dənizinin statusunun qanuniləşdirilməsi və bu fonda regionda iqtisadi inkişaf Azərbaycan üçün çox önəmlidir. Konvensiyanın qəbul olunması göstərir ki, Azərbaycan regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Məhz bunun nəticəsində də neft-qaz yataqlarımız daha təhlükəsiz şəraitdə fəaliyyət göstərəcək. Bakının buna nail olması böyük zəfərdir. Çünki bəzi dairələr regionda hərbi toqquşma planları hazırlayırdılar. Aktauda qəbul edilən yekun sənəd Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcək. Müstəqilliyimizdən sonra Xəzərdə bu cür sabit mühitin yaradılması çox böyük bir fundamentdir. Bütün əngəl və təhdidlərin aradan qaldırılması Azərbaycanın gələcək enerji layihələrinə reallıq qazandırır və Xəzərdə iqtisadi baxımdan daha da səmərəli əməkdaşlıq üçün zəmin yaradır. Ən əsas məsələlərdən biri isə Xəzərdə sərhədin bölüşdürülməsi məsələsində dövlətlərin bir-birinə böyük etimad və qarşılıqlı anlayış göstərməsidir”.

E.Ələsgərov bildirib ki, Azərbaycan Xəzər regionunda təhlükəsiz ab-hava yaratmaqla Qərbin Dağlıq Qarabağ istiqamətdəki vəziyyətə diqqətini daha yaxından cəlb edə biləcək:

“Bu, özlüyündə Azərbaycan diplomatiyasının uğuru, Ermənistanın isə bir daha acınacaqlı duruma düşməsinin nümunəsidir. Azərbaycan böyük dövlətlərlə beynəlxalq anlaşmalar imzalayır, Ermənistan isə nə iqtisadi, nə siyasi, nə də hərbi əlaqələr qura bilir. Sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Xüsusilə də Ələt limanı gələcəkdə Türkmənistan, Qazaxıstan, hətta Rusiya və İranla Xəzərdə ticarətin artmasına imkan verəcək”.

Tarix
2018.08.15 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla