Yuxarı

Beş dövlət Bakıda razılığa gələcək və... – Vahid Əhmədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə bağlı Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını necə dəyərləndirirsiniz?

- Xəzərin hüquqi statusunun tanınması ilə bağlı sənədin imzalanması müsbət haldır. Çünki beş Xəzəryanı dövlət 20 ildən çox idi ki, bu sənəd üzərində işləyirdi. Nəhayət, Konvensiya imzalandı. Sənəd təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Bu sənəddə əsas məsələlərdən biri və ən önəmlisi Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi və orada hərbi qüvvələrin yerləşdirilməsinə icazənin verilməməsidir. Xüsusilə də hazırkı dönəmdə Xəzərin təhlükəsiz bir zonaya çevrilməsi çox böyük bir əhəmiyyət kəsb edir.

- Beş dövlətin xarici işlər nazirlərinin müavinləri payızda Bakıda görüşəcəklər. Tərəflər Bakıda hansı məsələləri müzakirə edəcəklər?

- Konvensiya hələ parlamentlər tərəfindən təsdiq olunmalıdır. Sənəd qəbul olunsa da, Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlər tam sona çatdırılmayıb. Düzdür, orada ekologiya ilə əlaqədar çox ciddi məsələlər, nərə balığının inkişaf etdirilməsi öz əksini tapıb. Ancaq müəyyən məsələlər var ki, onlarla bağlı Konvensiyanın üzərində işlər gedəcək. Xarici işlər nazirlərinin müavinləri Konvensiya qəbul olunmazdan öncə də mütəmadi olaraq görüşlər keçirirlər. Diplomatlar payızda da Bakıda bir araya gələcəklər və bu görüşdə müəyyən məsələlər öz həllini tapacaq. Dövlətlər tranzit, Xəzərin hövzəsi və nəqliyyat daşımaları ilə əlaqədar müzakirələr aparacaqlar. Yəni bu məsələlər işçi görüşündə öz həllini tapacaq.

- Konvensiyanın regionda nəqliyyat dəhlizlərinin inkişafına müsbət təsirləri barədə nə deyə bilərsiniz?

- Xəzər dənizindən istifadəyə gəlincə, əlbəttə ki, beş Xəzəryanı dövlət dənizdən həmişə istifadə edirlər. Düzdür, müəyyən mübahisələr olurdu, ancaq həmin mübahisələr dövlətlər arasında danışıqlar yolu ilə həll edilirdi. Yəni dövlətlər Xəzərdən mineral ehtiyatları çıxarır və xaricə ixrac edirlər. O ki qaldı Konvensiyanın Azərbaycana xeyrinə, birincisi ölkəmiz faktiki olaraq nəqliyyat mərkəzinə çevrilir. Bu yaxınlarda fikir verdinizsə, dövlət başçısının göstərişi ilə Qaradağda Lojistika Mərkəzi açıldı. Yəni Şimaldan Cənuba, Şərqdən Qərbə gedən bütün yollar məhz Azərbaycanda birləşir. Buna görə də Xəzər dənizi vasitəsilə müəyyən yüklərin daşınması Bakı üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda TANAP və TAP layihəsi həyata keçirilir, 2020-ci ildə tam istifadəyə veriləcək. Bununla əlaqədar müəyyən danışıqlar gedir. Türkmənistan qazı Xəzər dənizinin dibi vasitəsilə həmin xəttə qoşula bilər. Yəni maraqlar böyükdür və bu da Azərbaycan üçün olduqca böyük önəm kəsb edir.

-Xəzərin hüquqi statusunun tanınması ölkəmizin iqtisadi inkişafına hansı töhfələri verəcək?

- İşin ən əhəmiyyətli tərəfi hazırda Azərbaycanın nəqliyyat mərkəzinə çevrilməsidir. Xəzər dənizi vasitəsilə Qazaxıstan, Türkmənistan və İrandan yüklərin daşınması Azərbaycanın ərazisindən keçməklə xaricə çıxarılacaq. Ona görə də Konvensiya Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verilib. Dəmir yolunun həddindən artıq yüklənməməsi üçün dəniz nəqliyyatından istifadə edilməsi də tamamilə mümkündür.

Tarix
2018.08.17 / 12:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla