Yuxarı

Konvensiya imzalandı: Xəzərin çirklənməsinə qarşı nə ediləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərin hüquqi statusu ilə bağlı qəbul edilən Konvensiyada qeyd olunub ki, Xəzəryanı ölkələr ətraf mühitin çirklənməsinin, su resurslarının tükənməsinin qarşısının alınması, qorunması və istifadəsi üzrə öhdəlik götürüblər. Həmçinin konvensiyada xüsusi bənd var ki, Xəzərətrafı 5 ölkə onun təmizliyi istiqamətində birgə tədbirlər görəcəklər.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, ekoloq Rasim Səttarzadə Xəzərin hüquqi statusu ilə bağlı imzalanan konvensiyada dənizin ekoloji təmizliyinə hansı formada nəzarət ediləcəyi ilə bağlı danışarkən deyib.

Ekoloq bildirib ki, Xəzər dənizinin bölünməsi prinsipləri barədə 22 ildən sonra razılığa gələn Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan hər biri ayrı-ayrılıqda öz ərazisinə düşən hissənin təmizliyinə nəzarət edəcək:

“Həmçinin də çirklənməylə bağlı birgə mübarizə aparacaqlar. Konvensiyada hər Xəzəryanı ölkənin dənizdən payına düşən hissə var. Bu müəyyən sərhədə qədərdir ki, hər ölkə öz payına düşən hissəyə nəzarət etməli, çirklənmənin qarşısını almalıdır. Hər bir ölkə də öz payına düşən hissədən cavabdehdir. Hər ölkədə bunu müəyyən qurumlar həyata keçirir. Konvensiyadan öncə də bu belə idi. Ancaq hüquqi status müəyyənləşdiyi üçün artıq hər bir ölkənin üzərinə daha məsuliyyətli iş düşür”.

R.Səttarzadə bildirib ki, Xəzərin çirklənmə səbəbləri var və 5 ölkənin hər biri bununla ciddi məşğul olmalıdır:

“Xəzər sahil zolağı, neft və qaz çıxarılması, dəniz nəqliyyatı, gəmilərin fəaliyyəti, fərdi şəxslər, çaylar vasitəsilə axıdılan çirkab səbəbindən çirklənir. Bu çirklənməyə qarşı da hər 5 ölkə müvafiq işlər görür və Konvensiyadan sonra daha ciddi şəkildə bununla məşğul olmağa borcludurlar.

Bundan əvvəl də "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası vardı. Həmin bu 5 ölkə o konvensiyanın da üzvüdür və bu çərçivə əsasında əməkdaşlıq edir.

Xəzərdə fövqəladə hadisə də baş verə bilər. Ola bilər ki, neft dağılması baş versin və bu Xəzərin başqa ölkənin nəzarətində olan hissəsinə də keçər. Bu zaman həmin iki ölkə problemi birgə həll etməlidir. Bundan başqa, ola bilər ki, hər hansısa ölkə öz ərazisində olan çirklənməylə təkbaşına mübarizə apara bilmir, o, Xəzəryanı digər dövlətlərdən də kömək istəyə bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov isə bildirib ki, Xəzər dənizini ən çox çirkləndirən axar Volqa çayıdır.

Ekoloqun sözlərinə görə, Xəzərə istiqamətlənmiş su axarlarının gətirdiyi zərərli maddələr, istirahət edən insanların yaratdığı ekoloji yük də onu çirkləndirir:

“Xəzər dənizinə bu gün böyük sənaye potensiallı layihələr də təsir edir. Neft, karbohidrogen amili bu gün dənizin çirklənməsinə istər-istəməz təsir göstərir. Hər hansı blokun işlənilməsindən əvvəl orada müəyyən seysmoloji işlər və digər tədqiqatlar aparılır. Bütün bu işlər də Xəzər dənizinin flora və faunasına mənfi təsir göstərir".

Qeyd edək ki, 22 illik danışıqlardan sonra avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan - Xəzər dənizinin bölünməsi prinsipləri barədə razılığa gəliblər.

Tarix
2018.08.18 / 08:30
Müəllif
Nigar, Büllurə
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla