Yuxarı

Xəzər Konvensiyası: Hansı hissələr Azərbaycana məxsusdur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmzalanan Konvensiyadan sonra Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları üzə bilər.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər hövzəsi dövlətlərinin prezidentlərinin imzaladığı “Xəzərin hüquq statusu haqqında Konvensiya”nın maddələri barədə danışarkən bildirib.

Q.İbadoğlu bildirib ki, Konvensiyanın 22-ci maddəsinə əsasən ölkədaxili prosedurlara uyğun olaraq Konvensiya üzv dövlətlərin ratifikasiyasına təqdim olunmalıdır. Odur ki, bu sənəd tezliklə Milli Məclisin müzakirəsinə çıxarılmalı və təsdiq edilməlidir:

“Bu sənədlə Azərbaycanın şərq sərhədlərinin hüquqları, eləcə də Xəzəryanı dövlətlər arasında daxili və ərazi sularının delimitasiyası (xəritədə qeyd olunmaqla dövlət sərhədinin razılaşdırılması) müəyyənləşdirilib.

Xəzər dənizinin su sahəsi daxili sulara, ərazi sularına, balıqçılıq sahələrinə və ümumi su sahəsinə ayrılır. Bu Konvensiya yalnız su sahəsindən istifadə normalarına aydınlıq gətirir. Belə ki, hər bir dövlətə 15 mil və ya 24 km ərazi sularından sərbəst istifadəyə, eləcə də ərazi sularına bitişik olan 10 mil və ya 16 km sahədə balıqçılıq zonasını yaratmağa hüquq verir.

Yəni, Azərbaycan bütövlükdə Xəzər dənizinin sahildən 40 km-ə qədər olan ərazi sularında müstəsna hüquqa malikdir. Bir sözlə Azərbaycanın Xəzər dənizindəki sektoru sahildən maksimum 40 km-dir. Sektor daxilində Azərbaycan süni adalar, qurğular, dənizaltı kabellər və boru kəmərləri çəkə, həmin sularda balıqçılıq sənayesi yarada bilər.

Sektordan kənar ərazidə bütün məsələlər isə beynəlxalq hüquq prinsipləri və normalarını nəzərə alınmaqla yalnız sahil dövlətlərinin öz aralarındakı razılaşma əsasında tənzimlənir”.

Ekspert bildirib ki, Konvensiyada diqqəti çəkən məqamlardan biri də Xəzərdə bundan sonra yalnız sahil ölkələrinin hərbi dəniz donanmalarının üzə bilməsidir.

Qeyd edək ki, 22 illik danışıqlardan sonra avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan - Xəzər dənizinin bölünməsi prinsipləri barədə razılığa gəliblər.

Tarix
2018.08.18 / 15:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla