Yuxarı

Fazil Mustafa və Nəsiman Yaqublu Nizami Cəfərova qarşı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" xəbər verir ki, millət vəkili və Atatürk mərkəzinin rəhbəri Nizami Cəfərovun AXC-nin qurusucu Məhəmməd Əmin Rəsulzadə haqqında dedikləri müzakirə olunmaqda davam edir.

Nizami Cəfərovun Rəsulzadənin məzarının Türkiyədən ölkəmizə gətirilməsinə qarşı çıxması etirazlara səbəb olub. Bundan başqa millət vəkilinin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsəri haqqında danışaraq ADR qurucusunu qeyri-ciddi və yanlış baxış təbliğ etməkdə ittiham edib.

Məsələ ilə bağlı Rəsulzadə mərkəzinin rəhbəri Nəsiman Yaqublu "Axar.az"a danışdı. Araşdırmaçı bildirdi ki, Rəsulzadəyə qarşı sayğılı olmaq kimliyindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının borcudur:

"Məhəmməd Əmin Rəsulzadə öz fəaliyyətində, yaradıcılığında yanlışa yol verməyən, qüsuru olmayan, səhvi olmayan bir şəxsiyyətdir. Özündən sonra bir dövlətçilik ənənəsi miras qoyub getmiş bir şəxsiyyətə hörmət etmək hər kəsin borcudur. Tutduğu vəzifədən asılı olmayaraq, bu, bütün vətəndaşlara aiddir. Kimsə Rəsulzadəni araşdırıb hansısa nüansla razılaşmırsa, bu onun şəxsi fikridir. Ancaq heç kimin haqqı yoxdur ki, şəxsi fikirlərində belə, bu cür şəxsiyyəti təhqir etsin. Rəsulzadə bu dövlətin qurucusudur və cibində bu ölkənin vətəndaşlıq vəsiqəsini gəzdirən hər kəs ona sayğı duymağa ən azı borcludur. Ölkə başçısının Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağlı verdiyi sərəncam da onu göstərir ki, onun adı ilə bağlı böyük işlər görüləcək. İnanıram ki, dövlətin bununla bağlı görəcəyi işlər yaxın günlərdə cəmiyyətə təqdim ediləcək. Rəsulzadə həm də Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu olub. Müsəlman şərqində və türk dünyasında qurulan ilk demokratik dövlətin qurucusu haqqında xoşagəlməz danışmaq düzgün deyil".

Bu müqayisəni Nizami müəllimdən gözləməzdim

Məsələ ilə bağlı Millət vəkili Fazil Mustafa da öz mövqeyini bildirdi. "Axar.az"a danışan deputat öz həmkarının fikirlərinin yanlış olduğunu dedi. Deputat, Heydər Əliyev ilə Rəsulzadənin müqayisə edən Nizami Cəfərova öz iradlarını bildirdi:

"Rəsulzadə haqqında bu cür danışmaq uğursuz müqayisədən başqa bir şey deyil. Rəsulzadə Azərbaycan dövlətçilik modelinin qurucusudur, amma Heydər Əliyev isə müasir Azərbaycan dövlətinin möhkəmlənməsində rol alan tarixi şəxsiyyətdir. Bu müqayisəni Nizami müəllimdən gözləməzdim. Bu tarixi şəxsiyyətləri müqayisə etmək çox uğursuzdur və açığı, müəyyən tarixi bilgisi olan adamlar bu cür açıqlama verməməlidir".

Nizami Cəfərovun fikirləri haqqında danışan deputat, ADR qurucusunun məzarının ölkəmizə gətirilməsi məsələsində həmkarı ilə həmfikir olduğunu dedi:

"Məmməd Əmin Rəsulzadənin məzarının bura gətirilməsinin mən də əlehinəyəm. Onun haqda bir yazı da yazmışdım. Birinci onun irsinə münasibət dəyişilməlidir. Ona daha səmimi, sağlam və hörmətə layiq yanaşılmaldır. Məzar gətirilməsi ilə bağlı bir yazım da var. Yəqin ki, bu yazını yaxınlarda təqdim eləyərəm. Bura gətirilib heykəl qoyandan sonra heykəlin və ya qəbrin ətrafına yığışmaqla məsələ həll olunmur. Hüseyn Cavidin məzarının Sibirdən gətirilməsini alqışladım, amma Rəsulzadə Sibirdə deyil ki, o da bir türk torpağındadır. Sadəcə, Məmməd Əmin Rəsulzadənin məzarının ziyarətini protokola salmaq lazımdır. Azərbaycanın dövlət başçısı Türkiyəyə səfər etdiyi zaman onun məzarını ziyarət etməlidir. Bu ona böyük bir sayğı olar".

Tarix
2013.12.01 / 12:00
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla