Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Sentyabr 2018


Bu həbs Paşinyana hava-su kimi lazımdır - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın eks-prezidenti Robert Köçəryan yaxın zamanda yenidən həbs oluna bilər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bunu Köçəryanın 1 mart hadisələrində dinc əhaliyə qarşı odlu silahdan istifadə haqqında Yuri Xaçaturova verdiyi əmrin birmənalı qaydada sübuta yetirilməsi ilə izah edib:

“Köçəryan müvəqqəti olaraq həbsdən azad edilmiş, ancaq onun haqqında cinayət işi dayandırılmamışdı. İndi isə eks-prezident haqqında qaldırılmış cinayət işi ilə bağlı yeni istintaq materialları yetərincədir. Bu o deməkdir ki, Köçəryan yaxın zamanda yenidən həbs oluna bilər. Bu həbs Paşinyana xalqa verdiyi vədləri yerinə yetirmək üçün hava-su kimi lazımdır. Çünki yerli ermənilərlə Dağlıq Qarabağdan gəlmə ermənilər arasında psixoloji düşmənçilik var. Ermənistan əhalisi isə bunun əsas səbəbkarı kimi məhz Köçəryanı görür. Çünki Ermənistan əhalisinin qeyri-bərabər vəziyyətə düşməsi, Dağlıq Qarabağdan gələnlərin qısa müddətdə iri oliqarxlara çevrilməsi və ölkə büdcəsinin talan edilməsi Köçəryan dövründə həyata keçirilib. Bu səbəbdən də Köçəryanın həbsi artıq prinsipial məsələdir, əks təqdirdə Paşinyan sosial bazasını itirə bilər”.

Politoloq Köçəryandan fərqli olaraq KTMT-in Baş katibi Yuri Xaçaturovun həbsinin təxirə salınacağını düşünür:

“Çünki Xaçaturovun həbsi Moskva ilə ciddi problemlər yarada bilər. Bu fonda Paşinyanın Moskvada daha çox Köçəryan və Sərkisyanın həbsi üzərində dayandığını düşünürəm”.

Tarix
2018.09.12 / 12:47
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Hərbi-siyasi şərait qeyri-müəyyəndir – Gərginlik artır

Oğlunu Qarabağa göndərib, Bakıdan sülh istəmək…

GUAM-Yaponiya görüşü keçirildi: Məmmədyarov da iştirak etdi

"Əliyevlə Putinin görüşləri daha fəal axtarış üçün siqnaldır"

Nazirimiz ABŞ-da bəyan etdi: Nikolun hərbi qarşıdurma istəyi…

"Yeni" İrəvanla danışığa Bakı necə gedəcək? - Trofimçuk

Məmmədyarov Trampın təşəbbüsü ilə keçirilən tədbirdə

Türkiyə-Rusiya yaxınlaşmasında Əliyevin rolu...

Bu ölkə mediası parlamentimizlə bağlı məqalə dərc etdi

Prezidentdən Battulqaya: Mən əminəm ki...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla