Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2018


Nikolun Qarabağ bəyanatı: Həmsədrlər niyə susur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlının Axar.az-a müsahibəsini təqdim edirik:

- Bundan əvvəlki sələflərindən fərqli olaraq, Paşinyan 7 rayonun Azərbaycana qaytarılması fikrinə qarşı çıxıb. Bu Ermənistanın ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağın həlli ilə bağlı danışıqlar prosesindən çıxması anlamına gələ bilərmi?

- Ermənistanda hakimiyyətdə kim olursa-olsun, Minsk Qrupu çərçivəsində müzakirələrdən imtina etməyəcək. Bu, onların siyasi xəttinə tərsdir. Paşinyan belə bəyanat verməklə əslində Minsk Qrupu çərçivəsində müzakirələrin tıxanmasına çalışır. Paşinyan bu tıxanmaya Azərbaycanın etiraz edərək müzakirələri dayandıracağına ümid edir.

- Bəs erməni tərəfinin belə iddialar səsləndirməsi danışıqlar prosesində İrəvanın bundan sonrakı mərhələdə yeni formulla çıxış edəcəyi anlamına gələ bilərmi?

- Dediyiniz məsələ ilə bağlı Paşinyanın səslədirdiyi fikirlər günümüzün siyasi və hərbi reallığını əks etdirmir. Ermənistanın digər siyasi rəhbərliyi işğal altında olan yeddi rayondan “bufer zona” kimi bəhs edib və müzakirələrdə bazarlıq ünsürü kimi istifadə etməyə çalışıblar. Əslində, heç bir dövlət və siyasi qurum Paşinyanın dediyi şəkildə məsələyə baxmır. Paşinyanın məsələyə bu cür münasibət bildirməsi Azərbaycandan və beynəlxalq aləmdən daha çox, ölkə daxilinə yönələn bir bəyanatdır. Bu gün Paşinyanın Ermənistanda hakimiyyətdə qalmasının hüquqi əsasları olduqca zəifdir. Bilirsiniz ki, Ermənistanda yeni parlament seçkiləri keçirilməlidir. Amma Paşinyan bu seçkiləri keçirmək üçün istefa etməlidir. Paşinyanın bunu etməyə cəsarəti yoxdur. Hakimiyyətdə qala-qala parlament seçkilərinin keçirilməsi üçün Konstitusiyaya dəyişiklik edilməsinə çalışır. Amma yenə də parlament maneəsi ortaya çıxır.

- Paşinyan istəyinə nail ola biləcəkmi?

- Paşinyanın hakimiyyətdə qalmasının əsl səbəbi onun demokratiya carçısı və qoruyucusu olması deyil. Paşinyan ölkəni və insanları may ayında yaşanan eyforiyanın təsirində saxlamağa çalışır. Bunun üçün də müxtəlif manevrlər edir, generalların, sabiq prezident Robert Köçəryanın həbs edilməsi və s. buna misaldır. Amma bu eyforiya mütləq bir gün dağılacaq və ermənilər əslində Paşinyan hökuməti zamanı sosial-iqtisadi, daxili və xarici problemlərin həll edilməsində bir addım belə irəliləmədiklərinin fərqinə varacaqlar. Xarici siyasətdəki addımlarına artıq Rusiya tərəfindən adekvat cavabın veriləcəyi də gözlənilir.

- Paşinyanın Qarabağ məsələsinə yeni yanaşmasına ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin və digər üzvlərinin reaksiyası necə olacaq?

- Hələlik Minsk Qrupunun həmsədr dövlətləri məsələ ilə bağlı münasibət bildirməyib. Həmsədrlər həqiqətən problemin həll edilməsi istiqamətində fəal və tərəfsiz mövqe tuturlarsa, gözlənilən odur ki, müzakirə reallıqlarını Paşinyana xatırlatmalıdırlar. Bu xatırlatma da yumşaq, yaxud sərt şəkildə ola bilər. Ehtimal edirəm ki, həmsədrlər buna görə Paşinyanın “qulağını çəkməyəcəklər”. Həmsədr dövlətlər də Paşinyan hökmətinin ömrünün uzun olacağına inanmırlar və ölkənin daxili siyasətində daşların yerinə oturmasını gözləyirlər.

Əgər Paşinyan hər hansı bir şəkildə parlament seçkilərini keçirib hakimiyyətdəki yerini legitimləşdirə bilərsə, həmsədr dövlətlər onu daha ciddi tərəf kimi qəbul edib müzakirə masası arxasına gətirəcəklər. Amma Paşinyan parlament seçkilərində məğlub olarsa, yeni hökumətlə işləməyə üstünlük verəcəklər.

Tarix
2018.09.12 / 16:25
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ-ın neft siyasəti işə düşdü: İran çökdürülür

Libermanın şok istefa qərarı: Baş nazirə ağır zərbə

Qarabağa 100 milyon yatıran avropalılar kimdir?

Makron Napoleon deyil, heç Hitler də… - Trofimçuk

Elçin Quliyev Qırğızıstanda MDB iclasında

Azərbaycanın Küveytdəki səfirliyindən - Müraciət

Xorvatiya mediası: Qarabağ Azərbaycanındır - Foto

Avropa Şurasının nümayəndə heyəti Ali Məhkəmədə

Moskva İrəvanda vəziyyəti dəyişdirməyə çalışa bilər - Brayza

Prezident Xələfova yüksək vəzifə verdi: 7 sərəncam, 3 fərman

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla