Yuxarı

Sərkisyanın iflasa uğramasının səbəbləri: Aprel.. - Rus ekspertlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Beynəlxalq Məsələlər Şurasının (RBMŞ) saytında yerləşdirilmiş “Ermənistanda yeni siyasi reallıqlar: 2018-ci ilin çağırışları və perspektivləri” sərlövhəli hesabatda Ermənistanda Serj Sərkisyan hakimiyyətinin iflasa uğramasının səbəbləri təhlil olunub.

Axar.az xəbər verir ki, hesabat müəllifləri Ermənistanla Azərbaycan arasında dördgünlük Aprel döyüşlərinin Sərkisyanın hakimiyyətdən getməsinin əsas səbəblərindən biri kimi qiymətləndirirlər. “Sərkisyan hakimiyyətinə ən böyük zərbə 2016-cı il aprel döyüşlərində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə Dağlıq Qarabağda gedən dördgünlük döyüşlərdə ağır itkilərə məruz qalması oldu. Bu məğlubiyyət Ermənistan silahlı qüvvələrində ciddi korrupsiya, xüsusən büdcə vəsaitlərinin oğurlanması faktlarını da üzə çıxardı. Həmin vaxtadək hökumət ölkədəki ağır sosial-iqtisadi vəziyyətə büdcədən orduya ayrılan böyük vəsaitlərlə bəraət qazandırırdı, lakin bu pulların böyük hissəsinin mənimsənildiyi məlum oldu”, - deyə hesabat müəllifləri vurğulayırlar.

Hesabatda qeyd olunur ki, Serj Sərkisyanın hakimiyyətdən getməsinin digər əsas səbəbi ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə bağlıdır. Belə ki, 2008-ci illə müqayisədə Ermənistanda yoxsulluq səviyyəsi 27,6 faizdən 2016-cı ildə 29,4 faizə yüksəlib. Ölkədən miqrasiyanın və xarici borcun artması da ciddi problemə çevrilib: 2012-2016-cı illərdə Ermənistanı 200 min nəfər tərk edib. Sərkisyan hakimiyyətə gələrkən 1,6 milyard dollar olan xarici borc isə 2017-ci ildə 7,5 milyard dollaradək artıb.

RBMŞ-nin hesabatında Ermənistanın sabiq prezidentinin seçkiqabağı vədlərinin, o cümlədən yeni atom elektrik stansiyası tikilməsinin, İrəvan-İran dəmiryolu xətti çəkilməsinin iflasa uğraması, habelə Sərkisyanın Avropa İttifaqı ilə yaxınlaşmaq siyasəti, Rusiya-Gürcüstan silahlı münaqişəsi zamanı M.Saakaşvilini Ermənistanın ali dövlət mükafatı ilə təltif etməsi və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində atdığı addımların Moskvada müsbət qarşılanmadığı da qeyd olunur.

Ermənistanın yeni hökumətinin qarşılaşdığı problemlərlə bağlı hesabat müəlliflərinin qənaəti heç də nikbin deyil. Onlar xatırladırlar ki, Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan, ərazisində Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının və sərhəd qoşunları hissələrinin yerləşdiyi Ermənistan üçün Qərblə Moskva arasında balans siyasəti aparmaq asan olmayacaq. Digər tərəfdən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində yeni baş nazir N.Paşinyanın nə Rusiyadan, nə də Qərbdən tam dəstək alması mümkün deyil. Bu məsələdə NATO-nun üzvü və Azərbaycanın strateji müttəfiqi Türkiyənin rolunu da nəzərdən qaçırmaq olmaz.

Qeyri-kommersiya təşkilatı olan Rusiya Beynəlxalq Məsələlər Şurası 2010-cu il fevralın 2-də RF prezidenti Vladimir Putinin Sərəncamı ilə yaradılıb. Haqqında söhbət gedən hesabat Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru İ.İvanovun rəhbərlik etdiyi ekspertlər qrupu tərəfindən hazırlanıb.

Tarix
2018.09.12 / 20:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla