Yuxarı

Libermanın Bakıya parad öncəsi gəlişi təsadüfi deyil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə naziri Aviqdor Libermanın 15 sentyabr tarixində "Bakının işğaldan azad olunmasının 100 illiyi" ilə bağlı qoşunların iştirakı ilə keçirilməsi planlaşdırılan təntənəli mərasimdən öncə ölkəmizə səfər etməsi ayrı bir məna kəsb edir.

Axar.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, İsrail Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci il tarixində tanıyan ilk dövlətlərdən biri olmaqla yanaşı, həmin ilin aprel ayından da ölkəmizlə diplomatik əlaqələr qurub:

“1993-ci ilin avqustundan isə Bakıda İsrail səfirliyi fəaliyyət göstərir. Xüsusilə, Ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkələr arasında əlaqələr yüksələn xətlə inkişaf etməyə başlayıb və Prezident İlham Əliyevin hakimiyyəti dövründə də bu münasibətlər dinamik surətdə davam etdirilir. Azərbaycanın İsraillə qurduğu əlaqələr bir çox baxımdan əhəmiyyət kəsb edir. Ölkəmizlə İsrail arasında siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq mövcuddur. İsrail bizim ərazi bütövlüyümüzü dəstəkləyir və Azərbaycan üçün ən əhəmiyyətli hərbi müttəfiqlərdən biri hesab olunur. 2008-ci ilin sentyabr ayında Azərbaycanla İsrail arasında böyük bir hərbi müqavilə imzalanıb”.

Analitikin sözlərinə görə, Azərbaycanla İsrail arasındakı hərbi əməkdaşlıq 2011-ci ildən daha sürətlə artmağa başlayıb:

“Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına bu səfəri zamanı da iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yeni müzakirələr gözlənilir. Libermanın Bakıya gəlişi İrəvanda da narahatlıqla izlənilir. Çünki səfərin Azərbaycan-İsrail hərbi-siyasi əməkdaşlığını daha da gücləndirəcəyi şübhəsizdir”.

Qeyd edək ki, sentyabrın 13-də İsrailin Müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri gözlənilir.

Tarix
2018.09.13 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla