Yuxarı

Nikolun ATƏT tarixində misli görünməmiş açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ATƏT-in sərt reaksiyasını deyil, konkret əməli addımlarını gözləyir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə Paşinyanın Qarabağa dair son bəyanatları ilə bağlı səsləndirdiyi fikirləri şərh edən politoloq İlqar Vəlizadə deyib.

“Azərbaycan tərəfinin Paşinyanın bəyanatlarına sərt reaksiya verəcəyi və birbaşa ATƏT-in rəhbərinə müraciət edəcəyi öncədən bəlli idi. Təşkilatdan ara-sıra olsa da, sərt reaksiyalar eşidirik, ancaq bu, vəziyyəti dəyişmir. Bu baxımdan da ATƏT Ermənistanın işğalçılıq siyasətinə “dur” deməlidir. Əgər ATƏT məsələyə ciddi yanaşmasa, bu, təəssüf doğuracaq. Çünki Paşinyan son çıxışları ilə Azərbaycan torpaqlarının işğalı faktını açıq şəkildə təsdiqləyir”, - ekspert bildirib.

Politoloq ATƏT-in tarixində ilk dəfə olaraq misli görünməmiş bir hadisənin baş verdiyini vurğulayıb:

“Paşinyan son çıxışı ilə ölkəsini çıxılmaz bir duruma saldı. ATƏT üzvü olan bir ölkə digər üzv ölkəyə qarşı nəinki ərazi iddiaları ilə çıxış edir, hətta beynəlxalq hüquq norma və prinsiplərə zidd olaraq zəbt etdiyi Azərbaycan torpaqlarını geri qaytarmayacağını Rusiyadan bəyan edir. ATƏT üzvü olan bir ölkənin başçısının Azərbaycana qarşı işğalçı şüarlarla və ərazi iddiaları ilə çıxış etməsi yolverilməzdir”.

İ.Vəlizadə qeyd edib ki, ATƏT Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatlarına biganə qalsa, onda özünün də əsas prinsiplərini pozmuş olacaq:

“Eyni zamanda, təşkilat rəhbərlərinin vəzifələrini nə dərəcədə məsuliyyətlə icra etmələri də şübhə altında qalacaq. Bu üzdən də Azərbaycan ATƏT-in sərt reaksiyasını deyil, konkret əməli addımlarını gözləyir. Çünki ortada ATƏT-in bütün norma və qanunlarının pozulması faktı da var. Bu fonda hesab edirəm ki, Bakının ATƏT-dən Ermənistanla bağlı qəti addımlar gözləməyə tam haqqı çatır”.

Tarix
2018.09.13 / 15:55
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla