Yuxarı

Ərdoğan və Putindən dünyaya möhtəşəm mesaj – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya arasında İdliblə bağlı əldə olunmuş razılaşma Qərbin və ABŞ-ın iştirakı olmadan ərsəyə gəlib və regionda əsas güc mərkəzinin kim olmasını dünyaya göstərən bir aksiyadır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, bu razılaşma ilk növbədə hər iki dövlətin maraqlarına xidmət edir:

“Əks halda belə razılaşma olmazdı. Yəni ilk dəfədir ki, bu cür ciddi razılaşmadan ABŞ kənarda qalıb və sözsüz ki, buna qarşı sakit durmayacaq. ABŞ-ın atacağı və ya atdıracağı addımları isə indidən demək çətindir, amma proseslərin gedişatında bunu hiss edəcəyik. Bu razılaşma sırf iki dövlətin istəyi ilə vasitəçilərsiz baş verib. Çünki hər iki dövlətin ABŞ-la münasibətləri gərgindir və cəlb olunduqları konfilktdən itkilərinin böyük ola biləcəyi onları narahat edirdi. O səbəbdəndir ki, konfliktin həlində bir çox məsələlərə fərqli yanaşan iki dövlət bu istiqamətdə fikir ayrılığınıı bir kənara qoyaraq, yaxud qarşılıqlı güzəştlər edərək vacib bir qərar verdi”.

Ekspert vurğulayıb ki, danışıqlarda ictimaiyyətə açıqlanmayan məsələlərin müzakirə olunduğu da məlumdur:

“Görünən odur ki, hər iki tərəf qazanc və itkilərini hesablayaraq bu qərara gəlib”.

Ekspert burada Qərbin marağına da münasibət bildirib:

“Qərb dairələrində Suriyada sabitliyin yaranmasını və qaçqın probleminin yoluna qoyulmasını istəyən dövlətlər var. Amma Əsəd hakimiyyətdə qaldıqca məlum səbəblərdən bunu açıq şəkildə deyə bilmirlər. Əslində Qərbin bu məsələdə rolu olmasa da, hesab edirəm ki, proselərin bu şəkildə inkişafı onların ürəyincədir. Təbii ki, ABŞ bu barədə fərqli düşünür”.

Tarix
2018.09.20 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla