Yuxarı

Nazirliyin qadağan etdiyi ucuz və keyfiyyətli təhsil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi xarici ölkələrdə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarına yenidən xəbərdarlıq edərək bildirib ki, xaricdə distant təhsil alanların diplomları tanınmayacaq.

Digər təhsil formalarından bir çox müsbət xüsusiyyətlərinə görə fərqlənən və buna baxmayaraq, nazirlik tərəfindən qadağan olunan təhsil forması haqqında Axar.az-ın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.

- Təhsil Nazirliyi distant təhsili rəsmi olaraq ali təhsil alma forması kimi qəbul etməsinə baxmayaq, niyə bu təhsil formasında oxuyan tələbələrin diplomlarını tanımayacağını bildirir?

- İlk növbvədə qeyd edim ki, 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında Qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilsə də, indiyə qədər Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmadığı üçün bu formada xarici ölkələrdə təhsil almış şəxslərin diplomları tanınmır. Belə ki, hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz.

- Distant təhsilin nə kimi özəllikləri var?

- Distant təhsil sistemi müəllim və tələbənin eyni məkanda olma məcburiyətini ortadan qaldırır. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Bir çox tələbə üçün işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəbində beynəlxalq təhsil almaq məqsədilə xaricə getmək mümkün deyil. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir. Distant təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları da genişdir.

- Bəs Azərbaycanda distant təhsilə üz tutanlar varmı?

- Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distanat və ya fərdi (individual) qrafik üzrə təhsil almağa üz tutur. Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları bu formada təhsil almağa yönəldirlər. Bəli, həmin universitetlər Azərbaycanda tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün diplomları tanınmır. Sözügedən şirkətlər valideyn və abituriyentə Təhsil Nazirliyi tərəfindən həmin universitetin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Amma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil.

- Bəs xaricdə təhsil alanların diplomlarının tanınması üçün hansı amillər əsas götürülür?

- Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsil alma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün (semestr ərzində) olmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur.

- Bəs təhsil eksperti kimi distant təhsil formasının ölkəmizdə tanınmamasına münasibətiniz necədir?

- Hesab edirəm ki, distant təhsili artıq tanımalıyıq. Çünki müasir tələblər və çağırışlar bunu tələb edir. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Peşəkar kadrlar əmək bazarında formalaşır. Düşünürəm ki, distant təhsilə ciddi nəzarət olsa, burda təhsil alanlar heç də digərlərindən zəif kadr olmayacaq. Dünyanın inkişaf etmiş ölkələrində də bu təhsil alma forması qəbul edilir və kifayət qədər az xərc tələb etdiyinə, vaxt itkisinin olmadığına görə münasibət çox müsbətdir.

Qeyd edək ki, Təhsil Nazirliyi xarici ölkələrdə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edərək bildirib ki, xaricdə distant təhsil alanların diplomları ölkədə tanınmayacaq.

Tarix
2018.09.20 / 08:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla