Yuxarı

Fransız nəşrindən Qarabağ haqda: Artıq vaxtdır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Opinion İnternəşnl” portalında “Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vaxtıdır” adlı məqalə yayılıb.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın demokratik institutların və düşüncə tərzinin mövcud olduğu, davamlı inkişaf edən ölkə olduğu vurğulanır. Azərbaycanda müxtəlif dini konfessiyaların və millətlərin nümayəndələrinə bərabər imkanlar yaradıldığı və onların bütün hüquqlardan yararlandığı diqqətə çatdırılır.

Bildirilir ki, Azərbaycanı daha çox narahat edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa riayət edilməməsidir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, beynəlxalq qətnamələrdə Azərbaycanın tarixi ərazılərinin işğalı dəfələrlə pislənilib.

Qeyd edilir ki, yüzilliklər ərzində müxtəlif regionlardan köçürülmələr nəticəsində etnik disbalansa məruz qalan və məhz buna görə əhalisinin əksəriyyətini ermənilər təşkil edən Dağlıq Qarabağda Ermənistanın dəstəyi ilə separatçı rejim fəaliyyət göstərsə də, bu ərazilər beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində və BMT Baş Assambleyasının 62/243 (2008) saylı qətnaməsində Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb edilir. Ancaq bu qətnamələr hələ də tətbiq edilməyib.

Məqalədə bildirilir ki, Azərbaycanın təkcə Dağlıq Qarabağ regionu deyil, həmçinin onun ətrafındakı 7 rayon da işğala məruz qalıb. İşğal altında olan ərazilərdə etnik təmizləmə aparılıb.

Vurğulanır ki, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılsa da, irəliləyiş yoxdur və Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmaqda davam edir. Beynəlxalq hüquq normalarının pozulması regional təhlükəsizlik və sabitlik üçün təhdid yaradır. Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınmış əhalinin öz doğma evlərinə qayıtması kimi ayrılmaz hüququ bu müddət ərzində tapdalanır.

Tarix
2018.09.20 / 23:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla