Yuxarı

Nikolun qəsdli addımları: Bakı seyrci qalmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan danışıqlar prosesini başqa səmtə yönəltməklə yanaşı, dünya ictimai rəyini azdırmağa çalışır.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ermənistanın dünya ictimaiyyətinə yönəlmiş saxta çağırışları heç bir rol oynamayacaq:

“Ermənistan rəhbərliyinin dünyanın gözü önündə baş vermiş tarixi hadisələri saxtalaşdırması və başqa bir ölkəyə qarşı təcavüz, təhdid ritorikası ilə müraciət etməsi yolverilməz və demokratiyadan uzaqdır. Paşinyan hətta bir az da irəli gedərək Azərbaycanın Ermənistanda “demokratiya” üzərinə hücuma hazırlaşdığını bəyan edir. Bu onun qatı erməni millətçisi olmasından qaynaqlanır. Demaqoq və psixoloji durumu yerində olmayan Paşinyan ölkəsini müharibəyə körükləyir, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atır. Azərbaycan Ordusu torpaqlarımızı işğal etmiş və ölkəmizə 350 milyard dollar məbləğində ziyan vurmuş bir rejim liderinin sərsəmləmələrinə layiqincə cavab verir”.

Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti haqlı olaraq Ermənistanın iddialarını rədd edir və sərt qınayır:

“Azərbaycan sülh danışıqlarının Ermənistan tərəfindən bu şəkildə pozulmasına seyrci qala bilməz. Onsuz da Ermənistanın durumu çox ağırdır və Azərbaycanla rəqabət işğalçıya baha başa gələ bilər”.

Tarix
2018.09.21 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla