Yuxarı

Qərb Ərdoğanla Putinin üz-üzə gələcəyini gözləyirdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaranın son bir neçə ildə həyata keçirdiyi siyasət onu göstərir ki, bu gün Türkiyə Yaxın Şərqdə sözün həqiqi mənasında həm söz sahibi, həm də açar ölkə ünvanını qazanmaqdadır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Yaxın Şərqdəki münaqişələrin həlli prosesində əldə olunan nəticələr Türkiyənin çəkisini artırmaqla yanaşı, onsuz hər hansı müzakirənin gedə bilməyəcəyinin göstəricisidir:

“Yəni Ankara “Türkiyə olmazsa, olmaz” ünvanını artıq əldə etməkdədir. Bunun da əslində öz səbəbləri var. ABŞ keçən əsrin 60-cı illərində Yaxın Şərqə giribsə, Türkiyənin Yaxın Şərqi 700-800 illik idarə etmək təcrübəsi var. Yəni Səlcuqlar dövründən bu yana Yaxın Şərqdə türk idarəçiliyi modelinin tətbiqinin şahidi olmaqdayıq. Türkiyə bölgəni, bölgənin əhalisini, etnik quruluşunu çox gözəl bilir. Bu mənada əslində Türkiyənin hazırda Yaxın Şərqdəki aparıcı lider rolunu üstlənməsi təbii qarşılanmalıdır”.

Analitik vurğulayıb ki, İdliblə bağlı Türkiyənin Rusiya ilə razılaşma əldə etməsi Türkiyə diplomatiyasının uğurudur:

“Bu razılaşma istər Suriya münaqişəsinin həlli, istərsə də regionda baş verən hadisələrə təsir etmək baxımından kifayət qədər ciddi əhəmiyyətə malikdir. Tehranda Rusiya-İran-Türkiyə rəhbərlərinin görüşündə faktiki olaraq, Rusiya və Türkiyə prezidentlərinin üz-üzə gəlmək təhlükəsi yaşandı. Qərb mediası da bu prosesdən kifayət qədər ciddi istifadə edərək, Türkiyə-Rusiya, ümumilikdə Türkiyə-Rusiya-İran ittifaqının artıq dağılmaq ərəfəsində olması ilə bağlı anonslar verirdi. Amma bundan sonra gözlənilmədən İdliblə bağlı Rusiya və Türkiyə arasında razılıq əldə olundu. Belə bir razılaşmanın əldə olunmasını müəyyən mənada gözləmək olardı. İdlib kifayət qədər prinsipial bir nöqtə idi. Bu nöqtədə maraqların çox ciddi şəkildə kəsişməsini görürdük. Amma burada Türkiyə və Rusiya maraqlarını uzlaşdıra bildi. Kifayət qədər ciddi bir nəticədir”.

Tarix
2018.09.21 / 14:33
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla