Yuxarı

Prezidentin bu çıxışı İrəvana layiqli cavab idi - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir və burada çoxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı tarixi hadisə kimi qiymətləndirilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O qeyd edib ki, bu tədbir bir daha Azərbaycanın şanlı və qürurlu dövlətçilik tarixinin dünya ictimaiyyətinə çatdırılması üçün bir vəsilə oldu:

“Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı yüksək dövlətçilik mədəniyyətinə, zəngin parlamentarizm tarixinə malikdir. Azərbaycan hələ 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla, insan hüquq və azadlıqlarına təminat verməklə, qadınlara səsvermə hüququ tanımaqla bunu sübut edib. Bu mötəbər yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirdi, cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdi. Bununla yanaşı AXC-nin varisi olan müasir Azərbaycanın keçdiyi müstəqillik yoluna nəzər salaraq olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı. Prezident ölkəmizin 1993-cü ildən sonra sabitlik və inkişaf yoluna qədəm qoyduğunu xatırlatmaqla hazırkı mərhələdə istər iqtisadi-siyasi, istər humanitar və sosial, istərsə də beynəlxalq münasibətlər sistemində necə böyük uğurlara imza atdığını diqqətə çatdırdı. Dağlıq Qarabağ probleminin həllinin vacibliyinə də toxunan dövlət başçısı vurğuladı ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir və Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Bu fikirlər həm Azərbaycanın Qarabağla bağlı qəti mövqeyinin bir daha bütün dünyaya bəyan edilməsi, həm də son zamanlar Ermənistan rəhbərliyinin səbatsız və təxribatçı çıxışlarına layiqli cavab idi.

Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində regional və qlobal əhəmiyyətli layihələrin həyata vəsiqə qazanması və bunun regiona sabitlik və rifah gətirdiyi, ölkəmizə strateji müttəfiqlər qazandırdığı, işğalçılıq siyasəti ucbatından Ermənistanın bu layihələrdən kənarda qaldığı regional gerçəklik kimi təsvir edildi. Bununla yanaşı, ölkəmizin demokratik dəyərlərə sadiq qalması, Azərbaycanda yüksək tolerantlıq mühitinin olması, multikulturalizm ənənələrinin yaşaması və inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunda əldə edilən nailiyyətlər qonaqların diqqətinə çatdırıldı və bu siyasətin davam etdirəcəyi bildirildi. Azərbaycanın qısa tarixi dövr ərzində əldə etdiyi nailiyyətlər, onun sözün əsl mənasında müstəqil dövlət olması, daim öz milli maraqlarından çıxış etmə cəsarəti yüz il əvvəl qurulan Xalq Cümhuriyyəti ənənələrinə sadiq qalmasının bariz nümunəsidir”.

Tarix
2018.09.21 / 18:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla