Yuxarı

Onun gəlişi dönüş nöqtəsi oldu - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, süqut etdi və Azərbaycan dövlət müstəqilliyini itirdi. Bu, onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.

"1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuşdur. Bu, tarixi şans, tarixi xoşbəxtlik idi. Çünki Azərbaycan xalqı əsrlər boyu müstəqillik, azadlıq eşqi ilə yaşamışdır. Ancaq uzun illər ərzində başqa dövlətlərin tərkibində idi. 1991-ci ildə ikinci dəfə bizə belə imkan yarandı. Ancaq əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri Azərbaycanda çox böyük fəlakətlərlə müşayiət olunurdu. Ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi, siyasi proseslər vəziyyəti gərginləşdirirdi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti vüsət alırdı, daxildə çəkişmələr imkan vermirdi ki, Azərbaycan uğurla inkişaf etsin. 1992-ci ildə dövlət çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı və Azərbaycan çox çətin çağırışlarla üz-üzə qalmışdı. 1992-ci ildə hakimiyyətə gəlmiş qüvvələr ölkəmizi uçuruma aparırdı, ölkəmizdə siyasi-iqtisadi böhran dərinləşirdi, Ermənistan işğalçılıq siyasətini genişləndirirdi, torpaqlarımız işğal altına düşürdü, iqtisadiyyat tamamilə iflic olmuşdu və ölkəmizdə vətəndaş müharibəsinə start verildi, qardaş qanı töküldü. Bu ağır, çətin günlərdə Azərbaycan xalqı müdriklik göstərərək yeganə düzgün addım atmışdır, Heydər Əliyevi hakimiyyətə dəvət etmişdir və bu tarixi addım ölkəmizin müasir tarixində dönüş nöqtəsi idi.

Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur. Bunun əsas səbəbi ondan ibarətdir ki, o, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra o, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı onun simasında liderini gördü. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi.

Bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi. Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü", - İ. Əliyev söyləyib.

Tarix
2018.09.21 / 23:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla