Yuxarı

Bakının daha bir uğurlu gedişi: Nəticəsini görəcəyik... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın 50-yə yaxın ölkəsindən 150 nümayəndə heyətinin AXC-nin 100 illiyi ilə bağlı Azərbaycana səfərinin təşkil edilməsi hazırkı məqamda çox uğurlu siyasi gedişdir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulması bütün dünya tərəfindən maraqla qarşılanır:

“Dünyanın 50-yə yaxın ölkəsindən 150 nümayəndə heyəti Bakıda qarşılanması və onların AXC-nin 100 illiyi ilə bağlı möhtəşəm tədbirdə iştirakı Bakının uğurlu siyasətinin davamıdır. Bakı bu imkanlardan maksimum yararlanıb, Dağlıq Qarabağ problemini dünya dövlətlərinin diqqətinə daha yaxından çatdırmaqdadır. Bu baxımdan Prezident İlham Əliyevin Milli Məclisdə əhatəli və çoxşaxəli çıxışı xüsusilə diqqəti çəkir”.

Politoloqun sözlərinə görə, Şərqdə ilk demokratik cümhuriyyət quran və ikinci dəfə öz suverenliyini elan edən ölkəyə qarşı Ermənistan tərəfindən törədilən təxribatlar, ərazilərimizin işğalı və 1 milyondan artıq qaçqınlarımız barədə məlumatlar çoxsaylı xarici nümayəndə heyətinin diqqətinə çatdırıldı:

“Bu, xüsusilə də indiki ərəfədə ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan ermənilərin regionda ictimai tərəqqi yolunda yaratdığı problemləri bir daha qabardaraq, informasiya müharibəsində Ermənistanı daha da üstələyir”.

Politoloq Azərbaycanın dövlət strukturlarının yaranmış bu fürsətdən istifadə edərək, Prezident İlham Əliyevin çıxışında əhatələdiyi strateji xətt üzrə uğurlu kampaniya aparacağına əminliyini bildirib:

“Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibə aparması, işğalçının son təxribatları, sülhyaratma prosesində beynəlxalq təşkilatların passivliyi və ikili standartları, postsovet məkanında münaqişələrə fərqli yanaşma siyasəti, xüsusilə də xristian təəssübkeşliyinin Qarabağ probleminin həllinə ciddi əngəl yaratdığı və ermənilərin də bundan ruhlanaraq Azərbaycana qarşı yeni ərazi iddiası və hədələrlə çıxış etməsi dünya gündəminə gətirilir. Ermənistanın bölgədə sabitliyi pozması və müharibə şəraiti yaratması bu bölgədə beynəlxalq xarakterli layihələrin reallaşmasında çətinliklər yaradır. Ermənistan da məhz mənfur siyasətinə görə həmin layihələrdən kənarda qalır. Azərbaycan bu istiqamətdə bölgədə lider olmaqla yanaşı, əksər beynəlxalq layihələrin təşəbbüskarı və maliyyə təminatçısıdır. Azərbaycan dünyanın həlledici dəmir yolu qovşağına çevrilir. Ölkəmizin sülhsevər və dinc istiqamətdə inkişafı erməniləri narahat edir və onlar buna mane olmaq üçün regionda hərbi qarşıdurmalar yaratmağa çalışır. Hesab edirəm ki, İlham Əliyevin çoxsaylı əcnəbi parlamentarinin önündə səslədirdiyi bu istiqamətlər Bakının növbəti taktiki-strateji gedişi kimi çox uğurludur. Xüsusilə Ermənistana qarşı sanksiyaların tətbiqinin gündəmə bu formatda gətirilməsi diqqətçəkicidir və biz yaxın müddətdə bunun müsbət nəticəsini görəcəyik”.

Tarix
2018.09.22 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla