Yuxarı

İranda hərbi parada hücum buna hesablanıb – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş verənlər İranla ərəb ölkələri arasında olan qarşıdurmanın göstəricisidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə İranda hərbi parad zamanı baş verən terakta münasibət bildirərkən deyib. O bildirib ki, İranda terakt birinci dəfə baş vermir:

“Yəni ən müasir tarixdə də belə teraktlar İranda baş verib. Bu onu göstərir ki, İrana destruktiv qüvvələr ciddi şəkildə müdaxilə etmək niyyətindədirlər və onlar öz planlarından əl çəkməyəcək. Görünür, İran təhlükəsizlik xidmətlərinin səyləri kifayət etmir. Ona görə də bu teraktların təkrarlanacağı ehtimalı var”.

Politoloq vurğulayıb ki, İranda son vaxtlar ciddi sosial problemlər müşahidə olunur:

“Həmin qüvvələr çalışırlar ki, İranın daxili stabilliyini pozsunlar. Baş verənlərin də bununla bağlı olduğunu istisna etmirəm. Çox güman ki, burada müəyyən xarici qüvvələrin də izi var. Amma onun hansı xarici qüvvələr olduğunu dəqiqliklə demək olmaz. Yəqin ki, İran tərəfi müəyyən araşdırmalardan sonra ictimaiyyətə bununla bağlı məlumat verəcək”.

Qeyd edək ki, İranın cənubunda keçirilən hərbi paradda terakt baş verib. İndiyə qədər terakt zamanı 10 nəfərin öldüyü bildirilir. Ölənlərdən 8 nəfəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgəridir.

Tarix
2018.09.22 / 13:21
Müəllif
Firuzə Vahidqız
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla