Yuxarı

Bu gün Paşinyanla Sərkisyanın pərdəarxası döyüşü olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanda İrəvan meri seçkilərinin keçirilməsi nəzərdə tutulur. Bu seçkilərdə əsas rəqabətin Çarukyan fraksiyasının deputatı, Çiçəklənən Ermənistan Partiyasının namizədi Naira Zöhrabyan ilə Mənim Addımım Blokunun namizədi Hayk Marutyan arasında keçəcəyi ehtimal olunur.

Bu barədə Axar.az-a açıqlama verən politoloq Ehtiram Aşırlı bildirib ki, Naira Zöhrabyanın seçkilərdə qalib gələ biləcəyi ehtimalı yüksəkdir. Belə ki, Zöhrabyan Ermənistanda populyardır:

“O, ölkədəki reytinqinə görə Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı da geridə qoyur. Bundan əlavə, N.Zöhrabyan Post-patrul alayının binasını tutan və keçmiş hakimiyyətə qarşı mübarizə aparan “Sasna Çrer” silahlı qruplaşmasının üzvlərinin azadlığa buraxılması uğrunda aktiv mübarizə aparıb. O, həmçinin sadə insanların tullantıların toplanmasından sosial problemlərinədək mövcud çətinliklərinin həlli istiqamətində də aktivlik göstərib. Son olaraq, onun Hayk Marutyanın bu seçkiləri “ağ” və “qara”ların mübarizəsi” adlandırmasını ilk tənqid edənlərdən biri olması nüfuzuna müsbət təsir edib”.

Politoloqun fikrincə, N.Zöhrabyan siyasi təcrübə baxımından da rəqibini üstələyir:

“Ondan fərqli olaraq, Hayk Marutyanın siyasi təcrübəsi demək olar ki, yox dərəcəsindədir. Lakin onun seçkilərdəki üstünlüyü "məxməri inqilabı"nı qələbə ilə başa vuran və hazırda Ermənistan baş naziri olan Nikol Paşinyanın ona dəstək verərək seçki kampaniyalarında çıxış etməsidir. Bu da öz növbəsində N.Paşinyanı dəstəkləyənlərin H.Marutyana səs verəcəyi deməkdir. H.Marutyan Ermənistanda tanınmış aktyordur və tanınır. Ancaq bu ona N.Zöhrabyana qalib gəlməsi üçün kifayət etmir”.

E.Aşırlı vurğulayıb ki, Ermənistan Respublikaçılar Partiyasının bu seçkilərdə namizəd irəli sürməməsi vacib məqamdır:

“Ancaq Respublikaçılar Partiyasının Çiçəklənən Ermənistanın namizədini dəstəkləyəcəyini ehtimal etmək olar. Çünki bu yaxınlarda erməni iş adamı Qagik Çarukyan ilə eks-prezident Serj Sərkisyan arasında görüş baş tutmuşdu və görüşdə Respublikaçılar Partiyasının N.Zöhrabyanı dəstəkləməsu barədə gizli bir razılığa gəlindiyini ehtimal etmək mümkündür. Dairə və məntəqələrdə Respublikaçılar Partiyasının nümayəndələrinin sədr kimi çoxluq təşkil etdiyini nəzərə alsaq, bu dəstək həlledici ola bilər”.

Politoloqun sözlərinə görə, bu, Paşinyanın hakimiyyətə gəlməsindən sonra ilk seçkisidir:

“Doğrudur, Paşinyan namizəd irəli sürmədi, ancaq Marutyanı açıq şəkildə dəstəklədi və hətta seçki kampaniyasına qatıldı. Buna görə də Paşinyan Marutyanın qalib gəlməsi üçün hər şey edəcək. Bu, həm də onun imicidir, çünki mer seçkisini uduzması Paşinyanın aldığı ilk açıq zərbə olacaq. Belə görünür ki, bu gün çox ciddi mübarizənin şahidi ola bilərik”.

Tarix
2018.09.23 / 09:00
Müəllif
Firuzə Vahidqız
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla