Yuxarı

Nikolun şantajlarına qarşı Bakının sərt addımı – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə ölkə başçısı İlham Əliyevin də dediyi kimi, Azərbaycan, hansı yolla olur-olsun, ərazi bütövlüyünü təmin edəcək. Ermənistan xam xəyallarla yaşamamalıdır. Çünki bunun üçün onun heç bir şansı yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, hazırda bölgə kritik bir dönəmdən keçir:

“Dağlıq Qarabağ məsələsində irəliləyişlərin hiss edildiyi bir zamanda Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Yeni hakimiyyətə gələn şəxs və onun ətrafı Dağlıq Qarabağla bağlı sülh danışıqlarını dayandırdı, yeni şərtlər irəli sürdü. Nəticə etibarı ilə danışıqlar prosesi dalana dirəndi. Bunun ardınca isə Ermənistanın Baş naziri Nikol Paşinyan həm Dağlıq Qarabağa, həm də Azərbaycana olan münasibətlə bağlı qeyri-adekvat, diletant və kifayət qədər səriştəsiz çıxışlar və bəyanatlar yaymağa başladı. Bu bəyanatlar bir tərəfdən danışıqlar prosesinin yolunu tıxadı, digər tərəfdən isə Azərbaycan tərəfində ciddi qəzəb hissi doğurmağa başladı. Çünki Paşinyan sözünün əvvəli ilə axırını bilmədən Azərbaycanın ünvanına təhdid və şantaj yağdırır. Hələ bu bəs deyilmiş kimi, bir müddət öncə Dağlıq Qarabağda erməni qoşunlarının iştirakı ilə irimiqyaslı təlimlər başladı. Azərbaycanda keçirilən parad, bunun ardınca isə Azərbaycan Ordusunun döyüş şəraitinə yaxınlaşdırılmış irimiqyaslı təlim əməliyyatları Ordumuzun gücünü bütün dünyaya, eləcə də Ermənistana nümayiş etdirdi. Hazırda Azərbaycan Ordusu dünyanın ən hazırlıqlı 50 ordusundan biridir. Ermənistan bunu görməzliyə vura bilməz”.

Politoloq vurğulayıb ki, dünya dövlətləri Ermənistanın qeyri-konstruktiv siyasəti ucbatından bölgənin hərbi qarşıdurmaya doğru yuvarlandığını görür:

“Elə bu səbəbdən də bir sıra iri dövlətlər konfliktin sülh yolu ilə həll edilməsi barədə təkliflər irəli sürürlər. Bu konteskdə Azərbaycan əlbəttə ki, sülh danışıqlarına hazır olduğunu bəyan etməklə yanaşı, Ermənistanın təhrikedici mövqeyini, xüsusən, baş nazirin səviyyəsiz çıxışlarını nəzərə alaraq, bildirir ki, Ermənistanın nazı ilə uzun müddət oynamaq niyyətində deyilik. Əgər Ermənistan danışıqlara hazırdırsa, heç bir şərt irəli sürmədən, 20 ildən çoxdur aparılan danışıqlar prosesinin davam etməsinə razılıq verməlidir. Amma biz Erənistan tərəfində bu istəyi görmürük. Ermənistan qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı sərsəm fikirlər ortaya atır. Belə şəraitdə sülh danışıqları getmirsə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara başalamaqdan başqa yolu qalmır. Dünya da bunu görür və Azərbaycanın mövqeyini bir növ başa düşməyə başlayır”.

Politoloq qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyi bir şəraitdə Ermənistanın aranı qarışdıran aventurist siyasəti bölgədə çox ciddi gərginlik yarada bilər:

“Ermənistana bir daha təklif edilir ki, tezliklə kompromisə getməyi bacarıb, bölgədəki iqtisadi layihələrə, sürətli inkişaf proseslərinə qoşulmağa çalışsın. Əgər bunu etməzsə, onda Azərbaycan əlində olan imkanlardan birini seçmək məcburiyyətində qalacaq. Sülhün alternativi müharibə olduğu üçün Azərbaycan bu yolu seçə bilər. Azərbaycan istənilən şərtlər daxilində öz ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələn bütün imkanlardan istifadə edəcək”.

Politoloqun sözlərinə görə, Azərbaycan bu məsələnin uzanmasından, tərəqqi əldə edilməməsindən ciddi narahatdır:

“Buna görə də beynəlxalq təşkilatlar Ermənistanı sülh danışıqlarına zorlamasalar, onda Azərbaycan öz bildiyi kimi, öz maraqlarına uyğun şəkildə hərəkət edəcəkdir”.

Tarix
2018.09.23 / 10:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla