Yuxarı

Prezidentdən Battulqaya: Mən əminəm ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərdə qələbə münasibətilə məni təbrik etmək üçün zəng vuranda söhbət zamanı biz Bakıda görüşməklə bağlı razılığa gəldik. Mən Sizi dəvət etdim. Şadam ki, Siz Bakıya gəlmisiniz. Siz tanınmış cüdoçusunuz, buna görə də yarışları izləmək Sizin üçün maraqlı olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşdə deyib.

"Bu görüş bizim ikitərəfli gündəliyimizi, əməkdaşlığımızı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Siz qeyd etdiniz ki, burada çox idman qurğuları var. Bu, belədir. Biz son zamanlar çoxlu idman obyektləri, stadionlar inşa etmişik və nəticələr çox yaxşıdır. Bizim idmançılarımız Rio de Janeyrodakı Olimpiadada 18 medal qazanıblar və idmanın bir çox növlərində, o cümlədən cüdoda da yaxşı nəticələr göstərirlər. Bir daha xoş gəlmisiniz. Mən əminəm ki, Azərbaycana səfəriniz Sizin üçün xoş olacaq", - İ. Əliyev söyləyib.

Tarix
2018.09.24 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla