Yuxarı

"Əliyevlə Putinin görüşləri daha fəal axtarış üçün siqnaldır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçılarının iştirakı ilə IX Rusiya-Azərbaycan Regionlararası Forumu ərəfəsində Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərovla görüşüb.

Axar.az xəbər verir ki, Baş konsulluqdan Azərtac-a bildirilib ki, görüşdə Orta Ural və Azərbaycanın əməkdaşlığının genişləndirilməsinin perspektiv istiqamətləri müzakirə edilib.

Region rəhbərinin fikrincə, bu il sentyabrın əvvəlində iki ölkənin prezidentləri arasında imzalanmış hökumətlərarası və kommersiya sənədləri paketi regionlararası tərəfdaşlıq üçün də yaxşı perspektivlər açır. Bu yolda ilk addımlar Sverdlovsk vilayəti və Azərbaycan arasında əməkdaşlıq sazişi, qarşıdan gələn forum çərçivəsində rəsmi və işgüzar danışıqlar, habelə humanitar layihələr və bələdiyyə əlaqələri olacaq.

“Bizim tərəfdaşlığın tarixi bir çox gözəl səhifələrə malikdir. Yüksək səviyyədə razılaşmalar tərəflərin qarşılıqlı əlaqəyə və dost münasibətlərinin dərinləşməsinə birgə marağından xəbər verir. Dövlət başçılarının görüşünü regionlar səviyyəsində də əməkdaşlığın yeni istiqamətlərinin daha fəal axtarışı üçün siqnal kimi qiymətləndirirəm. Sverdlovsk vilayəti baş konsulluqla birlikdə yeni layihələrə və konstruktiv işə hazırdır”, - deyə qubernator bildirib.

İ.İsgəndərov qubernatorun təşəbbüslərini dəstəkləyib və dövlətlərin ortaq tarixinə, onların vətəndaşları arasında qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib.

“Rusiya ilə münasibətlər Azərbaycan üçün xüsusilə önəmlidir, çünki biz bir ölkə olmuşduq və qlobal məsələlərin həllində biz həmişə bir yerdəyik. Sverdlovsk vilayəti ilə əməkdaşlıq yaxın dostluq xarakteri daşıyır. Söhbət regionlararası tərəfdaşlıqdan gedəndə bizim ilk söz açdığımız Sverdlovsk vilayəti olur”, - deyə diplomat bildirib.

O, həmçinin 2014-cü ildə qubernatorun başçılığı altında nümayəndə heyətinin Bakıya səfərindən və Yevgeni Kuyvaşevin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra ikitərəfli əlaqələrin yeni impuls aldığını qeyd edib. İlqar İsgəndərov sentyabrın 27-də Bakıda açılacaq forumda Sverdlovsk vilayətinin nümayəndə heyətinə uğurlu iş arzulayıb.

2018-ci ilin birinci yarısında Sverdlovsk vilayəti və Azərbaycan Respublikası arasında əmtəə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox artıb və 54 milyon ABŞ dolları təşkil edib.

Tarix
2018.09.24 / 23:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla