Yuxarı

Azərbaycanın tapşırığı əsasında... - Rusiyalı direktor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi maraqlı formata malik və dünya standartları səviyyəsində olan çox mötəbər tədbirdir. Bundan başqa, bu sərgi tərəfdaşlarla yenidən görüşmək, əlaqələri təzələmək üçün çox yaxşı məkandır. İnkişaf edən, modernləşən və aktiv döyüş hazırlığı keçən Azərbaycan Silahlı Qüvvələri bizim üçün çox maraqlı tərəfdaşdır.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində “ADEX-2018” sərgisinin iştirakçısı, “V.V.Baxirev adına ETMİ” Səhmdar Cəmiyyətinin idarəçi direktoru Nikolay Semenenko söyləyib.

“1932-ci ildə yaradılmış V.V.Baxirev adına Elmi-Tədqiqat Maşınqayırma İnstitutu Rusiyada artilleriya sursatının hazırlanması və istehsalı sahəsində qocaman müəssisədir. Hazırda ETMİ “Texmaş” konserninin tərkibinə daxildir. Eyni zamanda, biz artilleriya silahları hazırlayan əsas müəssisəyik. “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində biz dünyada bir çox silahlı qüvvələrdə istifadə olunan artilleriya sursatı dəstini nümayiş etdiririk. Ənənəvi olaraq, bizim əsas və ən çox tələbat olan məhsulumuz 125 millimetrlik tank topları üçün döyüş komplektidir. Bu komplektdə zirehdeşən, kumulyativ və qəlpə-fuqas mərmiləri var. Bununla yanaşı, biz səhra artilleriyası üçün 122 millimetr və 152 millimetrlik müxtəlif atım növlərində qəlpə-fuqas sursatı təqdim edirik. Əlbəttə, bizdə dəniz sursatının da tam komplekti mövcuddur. Azərbaycanın dinamik inkişaf edən Müdafiə Sənayesi Nazirliyi ilə bizim yaxşı işgüzar münasibətlərimiz var. Son kütləvi tədarüklərdən müəyyən vaxt keçib. Biz yenidən əməkdaşlığa başlamağa hazırıq. Müvafiq olaraq, öz təkliflərimizi irəli sürəcək, yeni əməkdaşlıq sxemləri təqdim edəcəyik. Biz, həmçinin texniki sahədə, yəni təkcə hazır məhsulların tədarükünə deyil, həm də texnoloji səviyyədə əməkdaşlığa hazırıq. Məsələn, birgə təcrübə-konstruktor işlərinin aparılması təklif oluna bilər. Yəni, biz sifarişçinin, konkret halda Azərbaycanın texniki tapşırığı əsasında birgə fəaliyyətə hazırıq”, - deyə Nikolay Semenenko sözlərinə yekun vurub.

Tarix
2018.09.25 / 19:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla