Yuxarı

Saç ustasının Nikola məsləhətinin nəticəsi... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Paşinyanın yeganə dayağı küçədəki insanlardır. Həmin insanlar da küçədən geri çəkilib, evlərindən Paşinyanı müdafiə ilə bağlı səslərini çıxarmayanda Paşinyanın faciəsi başlayacaq. Hər keçən gün Paşinyanın faciəsinə gedən yolu yaxınlaşdırır. Bunu proqnozlaşdırmaq bu gün elə də çətin deyil.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı davranışı bir sıra nəticələrə gəlməyə əsas verir:

“Birincisi, Paşinyanın danışıqlara başlamaq niyyəti yoxdur. İkincisi, Paşinyan daha çox Ermənistanı hərbi əməliyyatların başlanmasına sürükləyə biləcək addımlar atır. Bununla da Paşinyan özü üçün bəzi dividentlər qazanmağa çalışır. Yəni Paşinyan müharibə ərəfəsində manevr etmək niyyətindədir. Belə ki, proseslər müharibəyə çevrilmədən Paşinyan real müharibə görüntüsü yaratmaq istəyir. Bununla da o, kompromissiz, güzəştə getməyən, qətiyyətli siyasətçi obrazı formalaşdırmağa çalışır. Onun əsas niyyətlərindən biri budur”.

Millət vəkili vurğulayıb ki, Paşinyan artıq Ermənistanda inqilab eyforiyasının başa çatdığını yaxşı dərk edir:

“Erməni əhalisi Paşinyandan artıq konkret nəticələr gözləyir. Bu elə nəticə olmalıdır ki, inqilab edən hər bir erməni öz həyatında bu nəticələri hiss etsin. Lakin hadisələrin gedişatı göstərir ki, Paşinyanın 4 aylıq hakimiyyəti dövründə o, heç bir real addım ata bilməyib. Əksinə, məlum olub ki, onun komandasında belə addımlar atmağa qadir olan adamlar da yoxdur. Paşinyanın komandasını küçədə daha çox qışqırıb-bağıranlar təşkil edir”.

Millət vəkili vurğulayıb ki, Paşinyanın əsas niyyəti Ermənistanda bugünkü ikihakimiyyətliliyə son qoymaqdır:

“Çünki ali icra hakimiyyəti onun əlində olsa da, parlamentdə onun əleyhdarları olan keçmiş prezident Serj Sərkisyanın partiyasından olanlar üstünlük təşkil edir. Paşinyan heç bir halda bununla barışmaq istəmir. Ona görə o çalışır ki, tezliklə parlament seçkilərinin keçirilməsinə nail olsun. İlkin məlumata görə, ya bu ilin sonuna, ən gec halda isə gələn ilin yazına qədər bu seçkilərin keçirilməsi planlaşdırılır. Yaza qədər indiki situasiyanı qiymətləndirək: Ermənistanda iqtisadi durum ağırlaşacaq, daxili vəziyyət daha da gərginləşəcək, siyasi opponentlərə qarşı təzyiq və təhdid daha da yüksələcək, eyni zamanda sözə, mediaya qarşı basqılar ciddi şəkildə artacaq. Belə olan vəziyyətdə indidən proqnozlaşdırmaq mümkündür ki, parlament seçkilərinə qədər Paşinyanın reytinqi kəskin aşağı düşə və o, inqilabın anti-qəhrəmanına çevrilə bilər. Bunu Paşinyan və onun komandası bilməmiş deyil”.

Millət vəkilinin sözlərinə görə, indi Ermənistanda daha çox Paşinyanın səriştəsizliyi, qeyri-peşəkarlığı dilə gətirilir:

“Onun əqli vəziyyəti ilə bağlı məsələlər isə gündəmdədir. Yəni onun sinir sistemində baş vermiş xəstəliklərlə bağlı artıq açıq-aşkar müzakirələr gedir. Bütün bu reallıqlar fonunda Paşinyan yeganə çarəni Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlardan yayınmaqda görür. Bununla yanaşı hərbi ritorikanı gücləndirməklə Paşinyan Köçəryan və Sərkisyanla müqayisədə özünün daha qətiyyətli, fərasətli imicini formalaşdırmaq niyyətindədir. Heç şübhəsiz ki, yanındakılar Paşinyana belə məsləhətlər verir. Buna heç təəccüblənmirik də. Çünki bir müddət öncə Paşinyan özünün köməkçisi vəzifəsinə arvadı Anna Akopyanın saç ustasını gətirmişdi. Hökumət başçısının köməkçiləri sırasında onun həyat yoldaşının stilisti də Paşinyana məsləhət vermək hüququna sahibdir. Yəqin ki, o, bu hüququndan istifadə edir. Belə olan vəziyyətdə Paşinyandan hansı ağıllı addımlar gözləyə bilərik?! O, Dağlıq Qarabağ məsələsində göstərdiyi radikallığı parlament seçkilərinə qədər uzatmağı hədəfləyir ki, insanlar ac qalanda belə onları “mübariz” çıxışlarıyla doyuzdura bilsin. Onun əsas düşüncəsi bundan ibarətdir. Lakin Paşinyan bir şeydə səhvə yol verir ki, onu hakimiyyətə gətirən xalq artıq getdikcə onun haqqında kəskin fikirlər səsləndirir”.

Tarix
2018.09.26 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla