Yuxarı

Nazir BMT-dən səsləndi: Ermənistana güclü ismarış...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz beynəlxalq ictimaiyyəti beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirməsi üçün Ermənistana güclü ismarış göndərməyə çağırırıq.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin dəstəklənməsi: sülh mədəniyyətinə doğru” mövzusunda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Konfransında bəyanatla çıxış edərkən bildirib.

Məmmədyarov qeyd edib ki, Qoşulmama Hərəkatı tarixi boyunca Bandunq prinsiplərinə sadiq qalmağı təmin edərək beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayıb: "Dünyanın üzləşdiyi sülh və təhlükəsizliyə qarşı təhdidlər beynəlxalq hüquqi sistemin gücləndirilməsinə və münaqişələrin qarşısını almaq və həll etmək üçün bütün səviyyələrdə ikiqat səylər göstərməyə çağırır. Bu xüsusda, dövlətlərarası münasibətlərdə rəhbər tutulan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunması vacibdir. Ərazi əldə edilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi prinsipi və beynəlxalq hüququn ciddi pozuntuları nəticəsində yaranmış vəziyyətlərin tanınmaması öhdəliyi universal şəkildə və qeyd-şərtsiz tətbiq olunmalı və gücləndirilməlidir. Nəzərdən keçirilən mövzu ilə bağlı Azərbaycanın mövqeyi məlumdur və bu mövqe ölkənin digər amillər arasında, silahlı təcavüz, etnik təmizləmə və qanunsuz xarici hərbi işğala məruz qalma təcrübəsindən qaynaqlanır".

"Venesuelanın Margarita adasında 2016-cı ilin sentyabrında keçirilən NAM XVII sammitində dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (Qət/ № 822, 853, 874 və 884) rəğmən, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam etməsinə öz təəssüflərini ifadə etdilər. Bu həmrəylik Hərəkatın bir daha təcavüz, xarici hərbi işğal və etnik təmizləməyə qarşı böyük sədaqətini nümayiş etdirdi. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu gün sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur. Ermənistanın yeni rəhbərliyi ziddiyyətli və məsuliyyətsiz bəyanatlar verərək münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir. Belə təxribatçı yanaşma, danışıqlar prosesində müsbət inkişaflar əldə etməyə xidmət etməyəcək və gərgin olan vəziyyəti daha da pisləşdirəcəkdir. Biz beynəlxalq ictimaiyyəti beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirməsi üçün Ermənistana güclü ismarış göndərməyə çağırırıq", - E.Məmmədyarov qeyd edib.

Nazir vurğulayıb ki, Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının növbəti zirvə toplantısı 2019-cu il iyunun 14-15-də Bakıda keçiriləcək: "Sammit çərçivəsində iyunun 10-11-də Baş Katiblərin Hazırlıq Yığıncağı və iyunun 12-13-də Nazirlərin Hazırlıq Yığıncağı keçiriləcək. Bu bizim üçün 2016-cı ilin sentyabrında Venesuela Bolivar Respublikasının Margarita adasında keçirilən dövlət və hökumət başçılarının görüşü və o vaxtdan etibarən keçirilən nazirlərin görüşündən sonra gördüyümüz işlər nəticəsində əldə etdiyimiz tərəqqini qiymətləndirmək üçün gözəl bir fürsət olacaq. Bakı sammiti ilə Azərbaycan Hərəkatın sədrliyini üzərinə götürəcək. Növbəti sədr qismində biz müharibəyə qarşı və sülhsevər qüvvə kimi Hərəkatın rolunun gücləndirilməsi və BMT-nin Nizamnaməsi və Bandunq prinsiplərinin dəstəklənməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatı ilə çoxtərəfli əlaqələrin təşviq edilməsi, qorunması və gücləndirilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik. Azərbaycan Hərəkata sədrliyini bütün üzv ölkələr üçün kritik bir dövrdə qəbul edir və bu, müasir dünyanın çağırışlarına uyğun və effektiv reaksiyalarımızı tələb edir. Azərbaycanın Hərəkata sədrliyi Bandunq prinsiplərinin (2020) 65 illiyi və NAM-in yaranmasının 60 illiyi (2021) ilə üst-üstə düşəcək. Hər iki ildönümü bizə bu günədək əldə edilmiş nailiyyətlərdən bəhrələnmək və qarşılaşdığımız çoxşaxəli və ortaya çıxan problemlərə üzv dövlətlərin ümumi baxışı və birləşdirilmiş gücü ilə necə cavab verməli olduğumuzu əks etdirmək üçün mükəmməl bir məqam olacaq".

Tarix
2018.09.26 / 18:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla