Yuxarı

Nikolun oğlu niyə Qarabağdadır? - AŞPA-da müzakirə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Paşinyan öz oğlunu hərbi xidmət üçün Ermənistana deyil, işğal etdikləri Azərbaycan bölgələrinə göndərirsə, buna qarşı ciddi addımlar atmaq lazımdır, AŞPA-nın bu istiqamətdə daha sərt mövqeyi olmalıdır.

Axar.az xəbər verir k, bu sözləri AŞPA-da çıxışı zamanı millət vəkil Qənirə Paşayeva deyib. O bildirib ki, AŞPA Ermənistan Baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsi məsələsinə münasibət bildirməlidir:

“Bu qanunsuzluğa, təxribata sərt etiraz etmək lazımdır. Bu cür beynəlxalq hüquq normalarına, AŞPA sənədlərinə zidd addımları durdurmaq üçün Ermənistana təzyiq göstərməlidir”.

Millət vəkili eyni zamanda bu gün AŞPA-da çıxışı zamanı işğalçı Ermənistanın uzun müddətdir qeyri-qanuni girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini də qaldırıb:

“Avropa Şurası onların azadlığa buraxılması üçün Ermənistan rəhbərliyinə təzyiq göstərməlidir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz ata-baba yurdunu ziyarət üçün getmiş 2 azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir və AŞ Baş katibinin belə çağırışlarına məhəl qoymayaraq, bu günə qədər onları azad etməkdən imtina edir”.

Millət vəkili qeyd edib ki, işğalçılara qarşı AŞPA olaraq mübarizəmizi daha da sərtləşdirməliyik:

“Uzun müddətdir işgəncə verilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş insan haqlarının müdafiəsi və onların azad buraxılması üçün Avropa Şurası səylərini daha da gücləndirməlidir”.

Tarix
2018.10.11 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla