Yuxarı

Hökumət qarşıya qoyduğu məqsədlərə çatıb – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bu gün uğurlu inkişaf yolunu davam edir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışını şərh edən sabiq maliyyə naziri Fikrət Yusifov deyib. O bildirib ki, iclasda Prezident İlham Əliyev giriş və yekun çıxışlarında ötən 9 ayda Azərbaycanın həm beynəlxalq siyasi müstəvidə və həm də iqtisadiyyat sahəsində əldə etdiyi uğurları ətraflı təhlil edib:

“Çıxışında Azərbaycanın dünyanın siyasi səhnəsində nüfuzunun getdikcə daha da artdığını arqumentlərlə, faktlarla ortaya qoyan ölkə başçısı bu uğurların kökündə dinamik iqtisadi inkişafımızın və bu inkişafın dayanıqlığının dayandığını yüksək səviyyədə səciyyələndirdi. Bu gün Azərbaycan sözün əsil mənasında dinamik bir inkişaf dövrünü yaşayır. İndi ölkəmizin iqtisadi və maliyyə dayanaqlığı elə bir səviyyəyə yüksəlib ki, o dünyanın iqtisadi, maliyyə müstəvisində baş verən hər hansı bir təlatümləri özündən yan keçirə bilmək şanslarına malikdir. Dünya iqtisadiyyatında baş verən son olaylar da bunu bir daha sübut etdi. Ölkə başçısının müəyyən etdiyi uğurlu daxili və xarici siyasət strategiyası reallaşdırıldıqca Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla paralel dünyanın siyasi müstəvisində samballı söz sahibinə çevrilir. Bizim siyasi uğurlarımızın kökündə iqtisadi uğurlarımız dayanır. Bu birmənalı şəkildə belədir. Prezident İlham Əliyev də müşavirədə bu məqamı çox əhatəli bir şəkildə şərh etdi”.

F.Yusifov qeyd edib ki, cari ilin ötən dövrü ərzində hökumət iqtisadi sahədə qarşıya qoyduğu bütün məqsədlərə çata bilib:

“Belə ki, ötən dövrdə bizim iqtisadiyyatımız, 0,8 faiz, onun qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artıb. İqtisadiyyatın qeyri-neft sektorunun bu iki aparıcı sahəsində əldə olunan uğurlar Azərbaycanda sənayeləşmə və aqrar sektora dövlət qayğısının məntiqi nəticəsidir.

Ötən doqquz ayda ölkədə inflyasiya cəmi 2,6 faiz olduğu halda əhalinin gəlirləri 9,5 faiz artmışdı. Yəni, əhalinin gəlirləri inflyasiyanı 3,6 dəfədən çox üstələmişdi. Bu göstərici özlüyündə Azərbaycanda makroiqtisadi vəziyyətin sabitliyinin təzahürüdür. Azərbaycan manatı artıq ötən ilin aprel ayından başlayaraq il yarım ərzində tam sabitlik nümayiş etdirir. Qonşu ölkələrdə milli valyutalar ətrafında baş verən ucuzlaşmalar fonunda Azərbaycan milli valyutasının bu qədər sabit qalması ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyuluşunu şərtləndirən başlıca səbəblərdən biridir. Milli valyutanın sabitliyi olmayan bir ölkədə nə yerli nə də xarici investorlar yatırımlar etmir. Çünki qeyri-sabitlik şəraitində bu çox riskli bir addım hesab olunur. Ən önəmli olan budur ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökumətin gördüyü tədbirlər öz bəhrəsini investisiyalar sahəsində də verməyə başlayıb. Belə ki, ötən 9 ay ərzində iqtisadiyyata edilən 9 milyard dollar yatırımın 5,6 milyard dolları və ya 62 faizindən çoxu qeyri-neft sektoruna qoyulub. İqtisadiyyata yatrımların bu şəkildə şaxələndirilməsi iqtisadiyyatımızın özünün də tez bir zamnda şaxələndirilməsinə gətirib çıxaracaq”.

F.Yusifov vurğulayıb ki, ötən hesabat dövründə Azərbaycanın maliyyə dayanaqlılığını təmin edən valyuta ehtiyatlarımız əlavə olaraq 3 milyard dollar artaraq 45 milyard dollara çatıb:

“Eyni zamanda xarici ticarət dövriyyəmiz 37 faiz, qeyri-neft ixracımız isə təxminən 14 faiz arta bilib. Doqquz ayda ölkədə 85 min daimi iş yeri açılıb.

İqtisadi inkişafımızın bu mərhəlləsində dövlət öz maliyyə imkanlarından istifadə etməklə yeni istehsal və emal müəssisələrinin qurulmasına xüsusi dəstək verir. Bu öz növbəsində iqtisadiyyatın qeyri-neft sektorunu daha sürətlə inkişaf etdirməyin ən yaxşı yolu hesab edilməlidir. Bu sırada Sumqayıtda polipropilen zavodunun açılışı, ilin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi olan yüksəksıxlıqlı polietilen zavodunun istifadəyə verilməsi mühüm bir hadisədir. Bu iki müəssisənin qurulmasına 800 milyon dollardan çox sərmayə yatırılıb. Türkiyədə istifadəyə veriləcək “Star” neftayırma zavodunun tikintisinə Azərbaycan 6 milyard dollardan çox vəsait qoyulub. Bütün bu yatırımlar özünü tezliklə doğruldacaq və bu müəssisələrdə istehsal edilən məhsullar Azərbaycana yüz milyonlarla manat gəlir gətirəcək”.

F.Yusifovun sözlərinə görə, cari ilin ötən dövrünün ən böyük uğurlarından biri 2018-ci ildə Azərbaycanın enerji siyasəti sahəsində əldə etdiyi nəticələrdir:

“May ayında Bakıda Cənub Qaz Dəhlizinin, ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin rəsmi açlışı oldu. XXI əsrin ən böyük enerji layihəsinin üçüncü hissəsi olan TAP xəttinin inşası üzrə işlər də qrafik üzrə gedir. Deməli biz öncədən planlaşdırdığımız kimi Azərbaycan qazının Avropaya nəzərdə tutulan vaxtda çatdırılmasına nail ola biləcəyik. Biz Avropanın enerji təchizatı məsələlərində bununla kifayətlənmək fikrində deyilik. Hədəflərimiz Avropa ölkələri ilə iqtisadi münasibətləri daha dərin bir müstəviyə keçirməkdir. İndi hədəfimiz növbəti mərhəllədə bu ölkələrdə qaz təsərrüfatının idarə edilməsi ilə bağlı məsələlərlə məşğul olmaqdır”.

Sabiq maliyyə naziri qeyd edib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan ən önəmli istiqamətlərdən biri ölkəmiz üzərindən tranzit yükdaşımaların həcminin artırılması istiqamətinə görülən işlərdir:

“Bununla bağlı reallaşdırılan layihələr bu gün Azərbaycanı bölgənin ən iri taranzit yükdaşımalar məkanına çevirməkdədir. Bu sahədə ən önəmli layihələrdən biri Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Limanın bu ilin may ayında istifadəyə verilməsi Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli bir hadisə oldu. Azərbaycan bu gün şərqlə qərbi, şimalla cənubu birləşdirən ən uğurlu bir qapıdır. Bu qütbləri birləşdirən müxtəlif nəqliyyat vasitələri ilə Azərbaycan üzərindən daşınan yüklərin həcmi sürətlə artmaqdadır. Belə ki, cari ilin əvvəlindən Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır. Başlanğıc üçün bu çox önəmli bir göstəricidir və bu marşurutlarla daşınacaq yüklərin həcminin bundan sonra daha da artacağına bir siqnaldır”.

Tarix
2018.10.11 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla