Yuxarı

Bu, təkcə mənim imzam deyil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, İstiqlalçı deputat, millət vəkili Sabir Rüstəmxanlı Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

VHP mətbuat xidmətindən "Axar.az"a daxil olan mətndə millət vəkili bildirir:

"Əziz soydaşlarım!

Sizləri 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

1991-ci ilin 18 oktyabr günü xalqımızın həyatında müstəsna əhəmiyyətə malik bir gün kimi tarixləşdi. Məhz həmin gün illər öncə başlayan Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu.

Müstəqilliyin bərpası uğrunda xalq hərəkatı geniş mənada 1988-ci ildən açıq müstəviyə keçsə də, bu böyük yolu yalnız 3 illə məhdudlaşdırmaq olmaz. 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının mübarizəsinin nəticəsidir ki, milli şüur daim yaşadı və 80-ci illərdə böyük bir axına çevrildi. Bu mənada "İstiqlalçı deputatlar" adı ilə ümumiləşdirilən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın imzasını öz imzalarında tarixləşdirdilər. Ona görə də imzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Bəkir Çobanzadənin… və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin bəyin və silahdaşlarının dərkənarı simvollaşıb.

Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş bizlər və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.

Heç də hər ziyalıya, ömrünü xalqının yolunda əridən ictimai-siyasi xadimə dövlətinin müstəqilliyini görmək nəsib olmur. Xoşbəxtəm ki, Tanrı dövlətimizin müstəqilliyinin bərpasına imza atanlardan biri olmağı mənim taleyimə yazmışdır.

Müstəqilliyin Bərpası Günü Azərbaycan üçün, yeni nəsil üçün önəmli və şanlı bir tarixi gündür; ancaq o günün şahidləri və iştirakçıları üçün bütün hiss və həyəcanları, sevinci-kədəri, ağrı-acısı, xoşbəxtliyi ilə ürəyimizdə yaşayan, heç vaxt Dünənə çevrilməyəcək Canlı və Diri Gündür. Ömrünü o günü görmək arzusu ilə yaşayanlar hər məsələyə məhz O Günün ucalığından baxırlar.

Əziz soydaşlarım!

Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram".

Tarix
2013.10.18 / 12:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla