Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2018


Dünya alternativ axtarır: Bizi nə gözləyir? - İqtisadçı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya hələ də neftlə qazdan asılı vəziyyətdədir və illərdir ki, bunlara alternativ tapa bilmir. Ekspertlər isə neft və qaz ehtiyatlarının 2030-cu ildən sonra daha da aşağı düşəcəyini proqnozlaşdırır. Bununla yanaşı, dünyada savaşların bir qismi də enerji qaynaqlarına görə aparılır.

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əslində, dünyada enerji daşıyıcıları uğrunda savaşlar daha çox XX əsrdə baş verib:

“İndiki - XXI əsrin savaşları, mübarizəsi bazarlar uğrunda gedir. Yəni bazarlara çıxış əldə etmək, bazarlarda dominant rol oynamaq daha çox əhəmiyyət kəsb edir. Həm dünyanın enerji xəritəsi, həm dünyanın qavranması, həm də yeni texnologiyaların tətbiqi ilə dünyanın üzü dəyişir. Təbii ki, 2030-cu ilə qədər dünya əhalisinin böyük artımı gözlənilir. Bu da enerjiyə ehtiyacın artacağını göstərir. Amma onu da nəzərə almaq lazımdır ki, dünyanın dəyişmə sürəti də həddindən artıq yüksəkdir. Və yeni texnologiyaların tətbiqi, alternativ bərpaolunan enerjinin daha geniş yayılması bu sahədə inqilabi dəyişikliklərə səbəb ola bilər. Bir neçə misalla mən bunu izah etməyə çalışacam.

Deməli, dünyada neftin istehlakının təxminən 35%-ə yaxını daxili yanma mühərrikində istifadə olunur. Yəni avtomobillərdə, təyyarələrdə və s. Bu, çox böyük rəqəmdir. Amma dünyanın son dövrlərdə dəyişən trendinə baxsaq, görərik ki, elə daxili yanma mühərriklərində inqilabi dəyişikliklər baş verir. Neftdən alınan məhsullarla işləyən avtomobilləri sürətlə elektrik, hidrogenlə işləyən avtomobillər əvəz etməyə başlayır. Bu da neft istehlakının yaxın zamanlarda azalmasının göstəricisi ola bilər. Yəni 5 il bundan öncə dünya avtomobil parkında elektriklə çalışan avtomobillər cəmi 0,7 % idisə, bu gün artıq bu rəqəm 8%-i keçib. Müxtəlif hesablamalara görə, təqribən 2025-ci ildə dünya avtomobil parkının təxminən 30%-dən çoxu elektriklə işləyən avtomobillər olacaq. 30-cu illərdə isə bu rəqəm təxminən 50%-dən çox təşkil edəcək. Yəni dünyada gedən texnoloji yeniliklər enerjiyə olan tələbatı da dəyişdirir”.

Ekspert vurğulayıb ki, neftin istehlakının artması gözlənildiyi bir zamanda həm də alternativ enerjinin daha çox istifadə olunması müşahidə ediləcək:

“Doğrudur, dünya əhalisinin, istehsalın yeni səviyyəyə çıxması enerjiyə olan tələbatı artıracaq. Bu, danılmaz faktdır. Amma enerji qaynaqlarının özünün çoxçeşidli olması da bu tələbatı ödəmək üçün kifayət edəcək. Yəni bərpaolunan enerjinin, təbii enerji qaynaqlarının, yaşıl enerjinin artması dünyada enerjiyə olan tələbatın artması ilə paralel inkişaf edəcək”.

Tarix
2018.10.12 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

İranda etnik qarşıdurma körüklənir – ABŞ planı

AMEA-da Dadaşovaya və Hacıyevə vəzifə verildi

Yaxın Şərqdə “türk marşı”: üçüncü əməliyyat başlayır - Foto

Prezidentin general-mayor rütbəsi verdiyi Salayev kimdir?

Azərbaycanla sərhədimiz ən təhlükəsiz bölgələrdir - General

Putini İrana qarşı getməyə nə vadar edir? – Şərh

Təşkilatda islahatların aparılması önəmlidir – QDİƏT sədri

Xələf Xələfov yeni vəzifədə: nə iş görəcək?

Çavuşoğlu Lavrovla Bakıda nə danışdığını açıqladı

Rusiya Ermənistanı və Paşinyanı niyə təhqir etdi?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla