Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2018


Qarabağ klanı can üstədir: iki variant – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ klanı “can üstə” olduğunu bilir və ümidsizcə mübarizə aparmağa cəhd edir. Amma Paşinyan Qarabağ klanını nə bundan daha artıq zəiflədəcək, nə də güclənməyinə imkan verəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, ötən günlərdə Ermənistan parlamentinin Reqlament qanununda dəyişikliyi həyata keçirməsindən sonra Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğunu bildirdi və dərhal bu istiqamətdə fəaliyyətə başladı:

“Paşinyan 16 oktyabrda rəsmən istefa verəcək, dekabrın 9 və yaxud 10-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Parlamentdə əksər çoxluqda olan Ermənistan Respublikaçılar Partiyası hələlik sakit görünsə də, qarşıdakı günlərdə siyasi fəaliyyətini artıra bilər”.

Politoloq vurğulayıb ki, hazırda Ermənistan siyasi həyatında iki yol var:

“Birincisi, Respublikaçılar Partiyası parlamentdə yerini itirməyə və ölkənin siyasi səhnəsindən silinib yox olmağa razıdır: məğlubiyyəti ilə barışıb və hakimiyyəti könüllü olaraq Paşinyana verəcək. İkincisi, RP Paşinyanın istefa verməsindən sonra siyasi fəaliyyətini artıracaq və ona qarşı mübarizə aparacaq, nəyin bahasına olursa-olsun, Paşinyanın hakimiyyətdə qalmasına mane olacaq. Hələlik siyasi yollarla buna gücü çatmır. RP təmsilçiləri özlərinin təhlükəsizliyini və yığdıqları maddi sərvətin toxunulmazlığını təminat altına almadan Paşinyanın istədiyi kimi oyun oynayırlarsa, artıq məğlub olublar”.

Politoloq qeyd edib ki, RP xalq hərəkatının yüksəlməsindən qorxur:

“Paşinyan arxasında xalqın dəstəyini hiss etdiyi üçün bütün tələblərini təhdid və şantaj yolu ilə parlamentə qəbul etdirməyə çalışır. Psixoloji cəhətdən Paşinyan parlamentdən bir-iki addım öndədir. Növbədənkənar parlament seçkiləri keçirilənə qədər bu üstünlüyünü qoruyub saxlaya bilərsə, Respublikaçılar Partiyasını və parlamentdə təmsil olunan digər partiyaları tarixin arxivinə atacaq. Hazırkı siyasi partiyaların növbədənkənar parlament seçkilərindən sonra yeni parlamentdə təmsil olunma ehtimalı olduqca azdır”.

Politoloqun sözlərinə görə, “yataq xəstəsi” olan Qarabağ klanı hazırda Paşinyanın tam istədiyi vəziyyətdədir və onun siyasi maraqlarına cavab verir:

“Qondarma rejimin nümayəndələrindən daha çox, sadə ermənilər hələlik Paşinyanı dəstəkləyir kimi bir görüntü var. Qarabağ ermənilərinin Paşinyana münasibətinin dəyişib-dəyişməyəcəyinə onun həyata keçirdiyi siyasət təsir edəcəkdir. Hazırda Paşinyan həvəskar siyasətçi olsa da, “daşları yerinə oturtmağa” çalışır. Daşları yerinə oturda bilərsə, onun siyasi karyerasında yeni bir səhifə açılacaq”.

Tarix
2018.10.12 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

İranda etnik qarşıdurma körüklənir – ABŞ planı

AMEA-da Dadaşovaya və Hacıyevə vəzifə verildi

Yaxın Şərqdə “türk marşı”: üçüncü əməliyyat başlayır - Foto

Prezidentin general-mayor rütbəsi verdiyi Salayev kimdir?

Azərbaycanla sərhədimiz ən təhlükəsiz bölgələrdir - General

Putini İrana qarşı getməyə nə vadar edir? – Şərh

Təşkilatda islahatların aparılması önəmlidir – QDİƏT sədri

Xələf Xələfov yeni vəzifədə: nə iş görəcək?

Çavuşoğlu Lavrovla Bakıda nə danışdığını açıqladı

Rusiya Ermənistanı və Paşinyanı niyə təhqir etdi?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla