Yuxarı

Paşinyan Zatulini niyə qəbul etmədi? - Səbəblər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki dövrdə Paşinyana sürprizlər lazım deyil. Onun başı seçkilərə qarışıb.

Bu sözləri Axar.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Dumasının MDB Məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə iş üzrə komitənin sədr müavini, ermənipərəst Konstantin Zatulini qəbul etməməsinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O vurğulayıb ki, Zatulin elə də böyük vəzifənin sahibi deyil:

“Ermənilərə hazırda Zatulinlə danışmaq və qeybət etmək çox vacibdir. Çünki Zatulini bir az da şirnikləşdirib, azərbaycanlılara qarşı bəyanatları artırmasına şərait yaratmaq mümkündür. Bunun üçün də onun Paşinyanla görüşməsinə ehtiyac var idi. Amma Paşinyanın onunla görüşməməsini bu günlərdə çox məşğul olması ilə əlaqələndiriblər. Ermənistanda Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci sammiti keçiriləcək. Bu sammitdə Fransa Prezidenti Emmanuel Makron, Kanada Baş naziri Castin Trudo, Belçika Baş naziri Şarl Mişel iştirak edir. Ona görə də Paşinyanın Zatulinə vaxtı olmayıb. Amma Paşinyanın Zatulinlə görüşmək niyyəti olsaydı, Zatulin onu 3 gün də, 5 gün də gözləyə bilərdi. Yəni Paşinyanın vaxtının olmaması sadəcə bəhanədir”.

Politoloq vurğulayıb ki, Paşinyan seçki ərəfəsində əlavə problem istəmir:

“Zatulin Ermənistan-Azərbaycan arasında ciddi qarşıdurmaların yaranmasını istəyən provokatordur. Bu nöqteyi-nəzərdən belə hesab edirəm ki, Paşinyan seçki ərəfəsində provokatoru körükləyən rolunda birbaşa çıxış etmək istəməyib. Amma Zatulin yenə də özünə lazım olan adamlarla görüşüb. İstədiyi adamlardan zəhərini götürüb, bu gün-sabah o zəhəri Azərbaycanın, azərbaycanlıların üzərinə tökməyə başlayacaq”.

Qeyd edək ki, Rusiya Dumasının MDB Məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə iş üzrə komitənin sədr müavini Konstantin Zatulin İrəvana gedib. “Joxovurd” qəzetinə açıqlama verən Zatulin İrəvanda parlamentin spikeri Ara Babloyan, Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan, müxtəlif siyasi qüvvələrlə görüşdüyünü açıqlayıb. O, İrəvanda nə Baş nazir Nikol Paşinyan, nə də onun müşavirləri ilə görüşə bildiyini deyib.

Tarix
2018.10.12 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla