Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2018


Ərəbistan Trampı çətin duruma saldı: Sanksiya tələbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı müttəfiqi ABŞ Prezidenti Donald Trampı çətin vəziyyətə saldı.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Senatının Qaşıqçı olayından dolayı Səudiyyəyə sanksiya tələbi haqda danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Səudiyyənin Qaşıqçını öldürməklə Konqres və ABŞ mediasına Trampı daha çox sıxışdırmaq üçün mövzu verdiyini düşünür:

“Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi və bu ölkə ilə 350 milyard dollarlıq müqavilə imzalamışdı. Bu sazişə görə, Səudiyyə 10 il ərzində ABŞ-dan yeni hərbi texnika almalıdır. Bu müqaviləni Tramp prezident seçildikdən sonra ilk böyük qələbəsi kimi təqdim etmişdi. İndi isə Trampın sözlərindən belə çıxır ki, o, Vaşinqtonda yaşayan ərəb jurnalistin öldürüldüyü ehtimalına inansa da, Səudiyyə ilə imzaladığı müqavilə nəticəsində ABŞ-da açılan onminlərlə iş yerindən və böyük gəlirdən də imtina edə bilməz. Yəni Tramp iqtisadi səmərə naminə jurnalistin qətlini unutmağa hazırdır. Ancaq Konqresdə Trampın rəqibləri və ABŞ mediası jurnalistin qətli ilə bağlı Trampa təzyiqi artıracaqlar və Səudiyyəyə qarşı sanksiya tətbiq etməyi istəyəcəklər. Bir sözlə, Səudiyyə bir jurnalisti öldürməklə müttəfiqi Trampı işə saldı”.

Qeyd edək ki, səudiyyəli müxalif yazar, “Vaşinqton Post”un müxbiri Camal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olub və yoxa çıxıb. Qaşıqçının Ər-Riyaddan gələn xüsusi qrup tərəfindən öldürüldüyü iddia edilir.

ABŞ Senatı Qlobal Maqnitski Aktına əsasən Ağ Evdən Qaşıqçı məsələsinə görə Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilməsini tələb edib.

Tarix
2018.10.12 / 15:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bolton Bakıya hansı təkliflə gəlir? – Professor

ABŞ raketlərini Qafqaza yerləşdirə bilər? – Sensasiya

Ermənilər mərhələni keçə bilmədi, bizim snayperlər isə...

Tramp SSRİ-ni çökdürən silahı işə salır – Şərh

Türkiyənin təhlükəsizliyinə Bakının töhfəsi – Şərh

Qarşılıqlı ittihamlar artır: Paşinyan səs itirir

10 minədək iş yerinin yaradılması proqnozlaşdırılır - Nazir

Bakı və Ankara Avropanın enerji xəritəsini tərtib edir

Gömrükçülər üçün təlim keçirilir – Foto

Sahibkarlara böyük diqqət göstəriləcək - Prezident

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla