Yuxarı

Qaşıqçının yoxa çıxması təsadüf deyil? – Trampdan şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Camal Qaşıqçı olayına dünən ABŞ Prezidentinin yanaşması müasir dövlətlərin müdafiə etdikləri dəyərlərin aşındığının sübutudur.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda “yoxa çıxan” Camal Qaşıqçı ilə bağlı açıqlamasına münasibət bildirən hüquqşünas Ələsgər Əhmədoğlu deyib. O bildirib ki, Trampa görə əsas puldur, prinsiplər çeynənmək üçündür:

“Tramp açıqlamasında Qaşıqçının ABŞ vətəndaşı olmadığını xüsusi vurğuladı. Onun sadəcə ABŞ-da yaşama hüququ olduğunu və üstəlik, hadisənin Türkiyədə baş verdiyini bildirdi. Tramp Qaşıqçıya görə Səudiyyə Ərəbistanı ilə münasibətləri pozmağı doğru hesab etmir. Səbəb isə çox sadədir. Onlar yağlı müştəridir və ABŞ-dan yüzmilyardlıq silah alacaqlar. Bu yüzmilyardlar ABŞ iqtisadiyyatına faydalı olacaq”.

Ə.Əhmədoğlu səudiyyəlilərin pulu olduğu üçün onların istədiklərini şaqqalaya biləcəyi təəssüratının yarandığını bildirib:

“Tampın açıqlamalarından belə nəticəyə gəlmək olar. Əsas odur ki, ABŞ-a gedəcək pula bir şey olmasın. Üstəlik öldürülən ABŞ vətəndaşı deyil. Yəni ABŞ vətəndaşları üstündürlər, onlara toxunmaq olmaz, lakin ABŞ mediası üçün işləyən və orda yaşayan birini məhv etmək olar. Bir tükü də tərpənməyən, sadəcə, mühakimə prosesində öz evində müvəqqəti məhdudiyyət tətbiq edilən rahib Branson üçün 70 illik NATO müttəfiqi Türkiyəyə hər cür sanksiyaları sıralayan Tramp “Vaşinqton Post” qəzetinin yazarı üçün “səhv etmirəmsə, o, ABŞ-da sadəcə yaşama hüququ əldə edib və olay da Türkiyədə olub” deməklə, əslində, olayın İstanbulda olmasının da təsadüf olmadığını göstərdi. Doğrudan da, Camal Qaşıqçı sənəd üçün öncə Londondakı Səudiyyə Konsulluğuna müraciət etmiş, ona İstanbuldakı Konsulluğa müraciət etməsini məsləhət görmüşdülər. Deməli, bu məsləhət də planlı məsləhət olub”.

Qeyd edək ki, müxalif jurnalist Camal Qaşıqçı bir müddət əvvəl Səudiyyənin İstanbul konsulluğunda yoxa çıxıb. Onun öldürüldüyü ehtimal edilir.

Tarix
2018.10.13 / 14:57
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla