Yuxarı

İlham Əliyev ölkəni sabitlik adasına çevirib – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq İlham Əliyevə çox böyük ehtiram göstərir, ona çox böyük inam bəsləyir. Bunun da səbəbi aydındır. Cənab Prezident yalnız və yalnız Azərbaycan xalqının mənafeyindən çıxış edən siyasət həyata keçirir. Elə bu səbəbdən də xalq Prezident İlham Əliyevin arxasındadır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçilməsinin 15 ili tamam olur:

“Bu 15 illik prezidentlik dövrünə qiymət verildikdə bir daha əmin olursan ki, Azərbaycan bu illər ərzində sözün həqiqi mənasında çox böyük inkişaf yolu keçib. Bu inkişaf səbəbsiz deyil. Əsas səbəb onunla bağlıdır ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalıb. Həmin siyasəti davam etdirib. Faktlar da bunu təsdiqləyir. Təsəvvür edin ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatında 3,2 dəfə artım qeydə alınıb. Azərbaycanın əsas hədəflərindən biri iqtisadiyyatın qeyri-neft sektorunun formalaşmasının inkişafı məsələsi idi. Bu sahədə artım 3,8 dəfədir. Sənayəde 2,6 dəfə artım qeydə alınıb. Qeyri-neft sektorunun əsas inkişaf istiqamətlərdindən biri kənd təsərrüfatının inkişafı məsələləri idi ki, bu sahədə də artım gözlə görünən səviyyədədir. Eyni zamanda, Azərbaycanda istehsal olunan məhsulların dünya bazarına ixracı, ixracyönümlü iqtisadiyyatın formalaşması məsələsi dövlətimizin əsas hədəflərindəndir. Son 15 il ərzində cənab prezidentin həyata keçirdiyi uğurlu daxili siyasət sayəsində qeyri-neft məhsullarının ixracatında 4,1 dəfə artım qeydə alınıb. 2003-cü ildə İlham Əliyev hakimiyyətə gələrkən ölkənin valyuta ehtiyatları cəmi 1,8 milyard dollar təşkil edirdisə, bu gün bu rəqəm 46 milyard dollar səviyyəsinə gəlib çatıb. Bunlar çox böyük nəticələrdir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan onun sayəsində bu inkişafa nail olub:

“İlk növbədə ölkəmizdə bu 15 il ərzində sabitlik daha da güclənib və möhkəmlənib. Bu bir həqiqətdir ki, sabitlik olmayan ölkəyə nə investisiya qoyulur, nə də o ölkə inkişaf edir. Bizim bu 15 il ərzində ən böyük nailiyyətimiz məhz sabitliyi qoruyub saxlamağımızdır. Sabitlik əsasında biz təhlükəsiz yaşamağımızı təmin edirik. Nəzərə alaq ki, bu gün qonşu regionlarda çox ciddi proseslər, müharibələr gedir, yeni-yeni təhdidlər və çağırışlar yaranır. Bu reallıqda Azərbaycan sözün həqiqi mənasında müsəlman dünyasında və ümumilikdə beynəlxalq aləmdə sabitlik adası, məkanı kimi tanınır”.

Millət vəkili vurğulayıb ki, ölkə başçısı çox uğurlu xarici siyasət həyata keçirir:

“Bunun sayəsində son 15 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri kifayət qədər güclənib. Bu gün dünyada bizə etibarlı tərəfdaş kimi yanaşırlar. Təsadüfi deyildir ki, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. 2 dəfə də dünyanın ən nəhəng təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etdi. Bunlar çox böyük tarixi nəticələrdir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində həm ikitərəfli, həm üçtərəfli, həm də dördtərəfli formatda çox böyük nəticələr əldə edilib. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Gürcüstan-İran, Azərbaycan-İran-Rusiya kimi üçtərəfli formatlar formalaşıb və uğurla faəliyyət göstərir. Tarixdə ilk dəfədir ki, bu il Azərbaycan, Türkiyə, İran, Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirildi ki, bu da ölkə başçısının uğurlu, regional siyasətinin və qonşularla sıx, mehriban münasibətlərinin məntiqi nəticəsidir. 15 illik fəaliyyətin ən böyük nəticələrindən biri Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın qəbul edilməsi idi ki, Azərbaycan dövlət başçısının bu sahədə əvəzedilməz xidmətləri oldu”.

Millət vəkili bildirib ki, bu gün yeganə həllini tapmayan məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir:

“Lakin bu münaqişənin həlli istiqamətində də Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənib. Demək olar ki, bütün beynəlxalq təşkilatlar münqaişənin həlli ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Elə bu yaxınlarda Avropa İttifaqı ilə də tərəfdaşlıq prioritetləri sənədi imzalandı ki, bu sənəddə də birbaşa Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. NATO-nun son sammitində də analoji mövqe ortalığa qoyuldu”.

Millət vəkilinin sözlərinə görə, 15 il ərzində Azərbaycan Ordusu kifayət qədər güclənib:

“Aprel döyüşləri bunu bir daha təsdiqlədi. Bu gün Azərbaycan dünyada ordusunun gücünə görə seçilir. Ordumuz dünyanın ən güclü 50 ordusundan biridir. Bu gün Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycanın mili hərbi sənaye kompleksi formalaşmaqdadır. Bütün bunlar hamısı son 15 ilin nəticələridir”.

Tarix
2018.10.13 / 15:20
Müəllif
Firuzə Vahidqız
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla