Yuxarı

Qaşıqçıya görə Ər-Riyad ABŞ-a “ödəniş” edəcək...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaşıqçı hadisəsi Səudiyyə Ərəbistanının ABŞ-la yeni böyük silah müqaviləsi imzalaması ilə nəticələnəcək.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O, bunun səbəblərini belə sıralayıb:

“Əvvəla, bu, Tramp Adminstrasiyanın noyabrdakı Konqres seçkiləri öncəsi amerikalılara yeni iş sahəsi yaratması mənasına gəlir. İkincisi, Səudiyyə üzərindən İrana qarşı daha sərt kursun aparılmasına imkan verərək, ABŞ-dakı yəhudi cəmiyyətlərindəki dəstəyini daha da gücləndirəcək. Bu arada Branson hadisəsinin ABŞ-dakı evangelist təbəqə üçün yaradacağı effekti də nəzərə alın. Ona görə də respublikaçılar noyabrdakı Konqres seçkilərində uğur qazananda təəcüblənməyin”.

Ekspert qeyd edib ki, şübhəsiz, Konqres seçkisinin nəticəsinə təsir edəcək başqa səbəblər də var, ancaq hələlik cəmiyyətin geniş bildiyi mövzular bunlardır.

Tarix
2018.10.15 / 09:12
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla